Dünyanın 15 ən bahalı şəhərləri

Müəllif: Love Angel
Şərhlər: 7
Baxılıb: 2 059
Səs ver:
(səs: 0)
1.Sürix, İsveçrə
Yenə də İsveçrə. Məntiqlidir ki, siyahımızın 3/1 hissəsini təşkil edən İsveçrənin daha bir şəhəri bu dəfə birincisi oldu. Nə deyə bilərik. Restoranda lanç 13 dollar, nahar isə 80 dollara başa gələcək. Teatr və nəqliyyat xərclərinin heç demirik. Qismət olar kinoteatr bileti almağa pulumuz çatar (yolu piyada getmək şərəti ilə)

2.Böyük Kayman, Kayman adaları
Böyük Kayman şəhər deyil. Bura Kayman adlarının paytaxtı Corctaun şəhərinin yerləşdiyi üç ən böyük adadan biridir. Təəccüblənməyin ki, hansısa uzaq ada ölkəsinin paytaxtı bizim siyahıda 2-ci yerdə qərarlaşıb. Dünyanın 50 ən böyük banklarından 43-ü məhz burada yerləşirlər. Ofşor bankları isə heç saymırıq. Siz burada da normal qiymətə kirayə ev tapa biləcəksiniz, lakin məhsullar və xidmətlərin qiyməti çox yüksəkdir. Restoranda yemək yeməyi isə bir dəfəlik unudun.

3.Cenevrə, İsveçrə
Bizim sevimli İsveçrəyə yenə qayıtdıq. İsveçrənin əhali sayına görə 2-ci olan Cenevrə şəhəri dünyanın “ən bahalı şəhərlər” üçlüyünə daxildir. Bunun da öz səbəbləri var. Şəhər həyat səviyyəsinə görə dünyada 3-cü şəhərdir. Lakin bu səviyyə üçün pul ödəmək lazımdır. Şəhərdə adi nahar 25 dollaradır. Həkim müayinəsindən keçmək də ucuz deyil. Ona görə çalışın Cenevrədə xəstələnməyin. Siz Cenevrədə normal qiymətə ev tapa bilərsiniz, lakin orada yaşamaq tamam ayrı nağıldır.

4.San-Fransisko, ABŞ
ABŞ-da yaşayış xərcləri Nyu-Yorkdan da baha olan şəhər var. İnanmırsınız? O, zaman San-Fransiskoya xoş gəldiniz. Bəli burada yaşamaq daima günəş altında olmaq və şənlənməkdir. Amma əgər siz qalın pul qabı sahibisinizsə. Ələxsus kirayə haqqı burada bir çox ailənin büdcəsini məhv edir. Adi bir nəfərlik nahar yeməyinin qiyməti 16 dollardır. Ona görə də bu şəhərdə olsanız pulunuzu düzgün xərcləyin.

5.Nyu-York, ABŞ
Rayonundan asılı olmyaraq Manhetten və ya Kvins Nyu-Yorkda kirayə haqqı astronimik qiymətədir. Teatra getməsəniz yaxşıdır, nəqliyyat da bahadır və onun qiyməti hər il durmadan artır. Ümumilikdə Nyu-Yorkda yaşamaq zövqvericidir. Lakin orada yaşamağa pulunuz da çatmalıdır.

6.Vaşinqton, ABŞ
ABŞ-ın paytaxtı ucuz şəhər deyil. Kirayə əl çatan olduğu halda, misal üçün teatra 2 bilet 250 dollara başa gələ bilər. Eyni zamanda ABŞ-ın digər şəhərlərinə nisbətdə Vaşinqtonda ictimai nəqliyyat qiymətləri daha çoxdur. Əgər sizin şəxsi maşınınız yoxdursa yolunuz əvvəlcədən müəyyənləşdirib, piyada getsəniz qənaət etmiş olacaqsınız

7.London, İngiltərə
Bir çox insan Londonda yaşamağa can atır. Axı bu şəhər qədim tarix və mədəniyyət ocağıdır. Amma orada yaşayış qiymətlərini bildikdən sonra ora köçmək həvəsiniz bir qədər azala bilər. Londonda ev kirayəsi qiymətləri orta-yaxşı olsa da bütün digər xərclər sizin büdcənizi məhv edə bilər.

8.Honq – Konq
İsveçrədən çıxaq, keçən Asiyaya. Daşınmaz əmlak Honq – Konqda çox bahadır. Tam mebelli, evin kirayəsi aylıq olaraq 5000 dollara başa gələcək. Təsəvvür edirsiz, təkcə yaşamaq üçün ayda 5 min dollar xərcləmək lazımdır.

9.Bazel, İsveçrə
İsveçrənin daha bir bahalı şəhəri. Burada 12 ədəlik yumurta qutusu 7, klassik geyim dəsti 200, kokteyl isə 16 dollaradır. Lakin siyahımızdakı digər şəhərlərə nisbətdə Bazeldə kirayə haqqı və nəqliyyat elə də baha deyil.

10.Lozanna, İsveçrə
Lozannada toyuğun döş ətinin yarım kiloqramı 11 dollaradır. Dəri ayaqqabı və ya paltar almaq sizə 175 dollara başa gələcək. Adi cins şalvar isə təqribən 100 dollaradır. Yaxşı fitnes-kluba üzvlük haqqı da 100 dollar dəyərindədir.

11.Bern, İsveçrə
Bern bizim ən bahalı şəhərlər siyahısında olan İsveçrənin ən ucuz şəhəridir. Burada yumurta qutusu 6 dollar, 15 dəqiqəlik həkim müayinəsi isə 107 dollaradır. Cins şalvar isə həkim müayinəsindən cəmi 3 dollar (110) bahadır. Maraqlıdır İsveçrədə qiymətlər nəyə əsasən tənzimlənir?

12.Oslo, Norveç
Baha qiymətlər ərazisi olan Osloya xoş gəldiniz. Adi lanç 197 kronadır (23 dollar). Ev kirayəsi qiymətləri bir o qədər çox deyil, lakin kişi salonuna bir gediş sizə 60 dollara başa gələ bilər. Ondansa saçınızı uzadın. Uzun saç Norveçdə çox populyar stildir .

13.Sinqapur
Sinqapurda qiymətlər Yaponiyadakı kimi buludlara çatır. Bir nəfərlik naharın qiyməti 9-12 dollar, aylıq kirəyə haqqı isə 3000 dollardır. Ancaq adi bir geyim 84, yeni avtomobil isə 100 min dollar qiymətinə gəlib çata bilər.

14.Tokio, Yaponiya
Qəribədir ki, Tokio ən bahalı şəhərlər 5-nə daxil deyil, ancaq istənilən halda burada yaşamaq ucuz deyil. Qiymətlər təqribi Sidneylə eyni səviyyədədir. Şəhər mərkəzində lanç sizə 979 yenə (9 dollara) başa gələcək. Bir tərəfdən baxsaq elə də qorxulu deyil.

15.Sidney, Avstraliya
Sidney sizə müxtəlif təkliflər təqdim edə biləcək gözəl bir şəhərdir. Lakin eyni yerə pul nöqteyi-nəzərindən baxsaq ora köçməsəniz yaxşıdır. Şəhər ən ucuz yemək sizə 10-15 dollara başa gələcək. Sidneydə paltarlar da bahadır. Adi cins şalvarın qiyməti 100 dollara qədər çata bilər. Yaşamaq üçün kirayə evlərə gəldikdə orta aylıq kirayə qiyməti 3000 dollardır. Şəhərin mərkəzi və ya kənarından asılı olmayaraq qiymət bir o, qədər də dəyişmir. Nəqliyyat xərcləri də sizin büdcənizə mənfi təsir göstərəcək.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri