İnsanlar Gördüm...

Şərhlər: 1
Baxılıb: 1 691
Səs ver:
(səs: 0)

`~ Bir çox insanın boş baxdığının fərqinə vardım.. Bir çoxunun tələsəcək yeri olmadığından ağır addımlarının.. Bir çoxunun yola dikilmiş gözlərinini gördüm.. Bir çoxunun yorğun ruhlarını daşımaqda çətinlik çəkən vücudlarını.. Bəzilərinin zəhmətdən qabaran əllərini gördüm, alın tərlərinin ləkəsiz saldığı izlərini, qırışlarında gizli həyat yollarını, bəzilərini yaşlanmadan qocalan gördüm.. Bir çoxunun səssizliyindəki üsyanını gördüm, içində verdiyi savaşlarını, məğlubiyyətinin ardından gülüşündə gizlədiyi göz yaşlarını.. Bir çox musiqi dinlədim, fərqli həyatların yazmağa vadar etdiyi oxşar sözlərini.. Bir çox insanı nəzərdən keçirdim, bir çoxunu başqalarını təkrarlayan gördüm, zarafatı başa düşmədən başqaları gülür deyə güldüklərini, başqalarının açdığı cığırla getdiklərini, düz olmasa belə bəzi sözlərin təsdiqini, qatığın bəzilərinin gözündə qara ola biləcəyini.. Bəzilərinin üzündə məsumiyyət gördüm, bəzilərində kirlənmiş həyatlarının əksini.. Bəzilərinin ağılla addım atdıqlarını gördüm, bəzilərinin hisslərinin əsiri olduqlarını.. Bir çox hekayə dinlədim, doğrunun yalan, yalanın doğru ola biləcəyini, bir gün yaxşının pis, pisin belə yaxşı ola biləcəyini gördüm.. Bəzilərinin gözlərində peşmanlıq, bəzilərini qürurun dilə gətirməyə izn vermədiyi sözlərində boğulan gördüm.. Bəzilərinin qarmaşıq həyatlarında doldura bilmədiyi boşluqlarını gördüm, bəzilərinin boş həyatlarını doluymuş kimi yaşadıqlarını.. Dünyanın mərkəzinin hər kəs üçün fərqli ola biləcəyini gördüm, hər kəsin fərqli məqsədlər, dəyərlər və maraqlara sahib olduğunu.. Yağışdan sonra göyqurşağını gördüm, hər zaman bir çıxış yolunun olduğunu, müsbət düşüncənin yaxşılıq, mənfi düşüncənin pislik gətirdiyini.. Bir Günəş gördüm, ancaq fərqli bucaqlarda, fərqli isitdiyini.. 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri