Ki bunu çox vaxt ancaq musiqi dinləyəndə edirik...

Müəllif: Aykam2001
Şərhlər: 7
Baxılıb: 2 431
Səs ver:
(səs: 0)
Bir anlıq hər şeyi dayandırıb sakitcə düşünəndə (ki bunu çox vaxt ancaq musiqi dinləyəndə edirik) həyat çox qəribə gəlir. Bu gün, sabah deyə-deyə nələrə dözdüyünü, nələrin üstəsindən gəldiyinə bəzən özün də təəccüb edirsən. Ürəyindəki insanları qoyduğun yerdə tapa bilməmək, soyuqluq hiss etmək necə durğunluq yaradırdı insanda, necə bir boşluq, izahı yoxdur. Birinə ya da bir şeylərə ölümünə dəyər vermişkən necə soyuqlaşa bilirik? Zaman bizi təkcə yaşa doldurmurdu, arabir öldürürüb yenidən həyata qaytarırdı. Bəlkə də vaxt ötdükcə dəyişməyimizin də elə səbəbi bundadır, dəyərlərimizi itirmək bizi böyüdürdü. Nəyinsə, kiminsə dərdindən öləcəyimizi düşünmək həmişə aldadıcı gəlib ki, ölmürük, amma əslində sözün əsl mənasında ölürük: əvvəlki “mən”lə vidalaşırıq. Ki bu fikri də həmişə çox sevmişəm: “İnsan dəfələrlə ölə bilər, amma cəmi bir dəfə dünyadan köçür”
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri