Sonra nə olur bilirsiz?

Müəllif: Aykam2001
Şərhlər: 2
Baxılıb: 1 433
Səs ver:
(səs: 0)
Hüquqlar tapdalandıqca və bərpa olunmadıqca hüququnu onsuzda müdafiə etməyi bacarmayan insanlar getdikcə susmağa, səsini çıxarmamağa daha çox alışır. Az-maz əlindən bir şey gələn insanlar da bu səssizliyə alışır, 2-3 boş cümlə deyib birgə susur. Mübarizə aparmaq üçün özümüzdə güc hiss etmirik. Çünki gücün haqlıda yox, imkanlıda, arxa-dayağı olanlarda olduğuna o qədər görüb əzilmişik ki, boş gəlir. Sonra nə olur bilirsiz? O hüquqları pozan insanlar buna haqqı olduğuna inanır, davam edir. Bu gün başqası üçün, sabah özümüz üçün susuruq və biz susmağa davam etdikcə hər gün bir başqasının haqları tapdalanır, onların davam etdirdiyi bu “əyləncədə” onlarla insanın gələcəyi məhv olur, əziyyəti puç olur, mənəvi sıxıntıların içində həyatına davam etməyə çalışır. Nəysə, bu gün də susdum.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri