Danışmağın ədəb qaydaları - Bunu Hərkəs bilməlidir!

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 361
Səs ver:
(səs: 1)
Danışmaq - bizə sadə bir iş kimi görünsə də, Allahın biz insanlara verdiyi ən böyük nemətdir.

"(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub, insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 3-4).

Qiyamət günü insandan dilinə görə sual olunar. "Məgər Biz ona iki (görən) göz vermədikmi?! Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!". ("Bələd" 8-9).

Peyğəmbərlərin (ə) gətirdiyi və nümayiş etdirdiyi möcüzələr arasında ən böyük möcüzə - Müqəddəs Qurani-Kərimdir.

Quran - insan dili ilə bəyan olunan İlahi kitabdır. Kafirlər onu eşidən zaman onu sehr hesab edirdilər. Bu da Quran bəyanlarının qüdrətindən xəbər verir.

O zaman ki, Allah Təala Həzrət Musanı (ə) peyğəmbər seçir, onun istədiyi ilk şey - səlis danışmaq qabiliyyəti olmuşdur.

Allah insanı yaratmışdır ki, layiqli sözlər danışsın. Qəbahətli sözlər danışmaq insana yaraşmaz. Bu səbəbdən Quran söyüş söyməyi və pis söz işlətməyi qadağan etmişdir.

Qadınla.com bildirir ki, danışıq nemətinin öz ədəb və qaydaları vardır ki, hər bir insan ona riayət etməlidir.

- Danışıq əgər mülayim olarsa, qarşı tərəfə müsbət təsir göstərər. Əgər kobud olarsa, əksinə - ikrahına səbəb olar. Ona görə də insan gərək çalışsın mülayim və əxlaqlı danışsın.

- Allah Təala buyurur ki, insan danışan zaman fəsahətə riayət etməli və eşitməyi bacarmalıdır. Yəni, əgər qarşı tərəf danışırsa, susmalı və o, sözünü bitirəndən sonra danışmalıdır. Bu, danışıq nemətinin ədəb qaydalarındandır.

- Danışıqın başqa ədəb qaydası budur ki, danışan insan məntiqli olmalıdır. Yersiz sözlərdən çəkinilməlidir. "Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!". ("Əhzab" 70).

- Danışığın başqa ədəbi budur ki, insan çox və mənasız danışmaqdan çəkinməlidir. Çünki hər nə qədər çox danışarsa, bir o qədər günah qazanar. Hər nə qədər yersiz söz deyərsə, başqalarının ikrahına səbəb olar.

Allahın bizlərə inayət etdiyi bu nemətə diqqət edək və onun haqqına və ədəb qaydalarına riayət və diqqət edək ki, insana bu dünyada ən çox günah qazandıran üzv - dildir.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 361
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
- Allah Təala buyurur ki, insan danışan zaman fəsahətə riayət etməli və eşitməyi bacarmalıdır. Yəni, əgər qarşı tərəf danışırsa, susmalı və o, sözünü bitirəndən sonra danışmalıdır. Bu, danışıq nemətinin ədəb qaydalarındandır.
24 oktyabr 2019 01:00
4
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
BARBI
Teesufki her kes danisiq ve nitq etiketlerini bilmir
23 oktyabr 2019 22:41
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Marsell
Beli bu fikirlerle razıyam bu xebere göre cox teeşekkür
23 oktyabr 2019 22:31
2
Offline
kivircik
Bele bir deyim var,soz agizdadisa o senin qulundu ,agizdan chixdi sen onun qulusan. Allah sozle gunah eleyib- qelb qiranlardan elemesin bizi. Heqiqeten de soz yarasi sagalmir
23 oktyabr 2019 21:18
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri