Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 1 555
Səs ver:
(səs: 0)
Həyat bu illər ərzində onu insanlar arasında tənhalığa, özünəqapalı yaşamağa öyrəşdirmişdi. Düzdür, bu həyata öyrəşəndən sonra insan yaşamır, sürünür, ömrünün günlərini sayır. Ancaq bununla belə, yenə də o dözür, öz yükünü daşıdıqca daşıyır. Ürəyi sıxılıb parçalansa da, divarlar üstünə gəlsə də belə, daşıyır. İnsan sevincini, kədərini bölüşməyə, ürəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq, ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz həyatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri