Kimya nəyi öyrənir?

Müəllif: _abdullazadə_l_
Şərhlər: 7
Baxılıb: 3 232
Səs ver:
(səs: 1)
Kimya nəyi öyrənir?
Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn, oksigen, su, xörək duzu və şəkər ayrı-ayrı maddələrdir. Ətrafımızdakı torpaq, daş, hava, ağac və s. maddələrin qarışığından ibarətdir.

Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri çoxlu yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar və liflər, dərman maddələri və s. almışlar. Hazırda təbii və süni surətdə alınan maddələrin on beş milyondan çox növü məlumdur.

Təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, qapısı və pəncərələri örtülü olan sinif otağının havasında dərsin sonuna yaxın oksigen qazı azalır, karbon qazı isə çoxalır. Buna görə də fasilə zamanı sinif otağının havası dəyişdirilməlidir. Yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan isə suyu və mineral maddələri mənimsəyərək onlardan özlərinə lazım olan üzvi maddələr hazırlayır və havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn maddələr torpağı münbitləşdirir.

İnsanlar öz yaşayışını daha da yaxşılaşdırmaq və asanlaşdırmaq üçün mürəkkəb çevrilmələr, kimyəvi proseslər apararaq, təbiətdə olan maddələrdən daim yeni maddələr alırlar. Bütün bu proseslərin öyrənilməsi və həyata keçirilməsi ilə kimya elmi məşğul olur.

Kimyanın mühüm vəzifələrindən biri maddələri və onların xassələrini öyrənməkdən, eləcə də maddələrin xalq təsərrüfatında istifadəsinin əhəmiyyəti haqqında məlumat verməkdən ibarətdir.

Kimyanın digər vəzifəsi xalq təsərrüfatı üçün zəruri olan, məsələn, müxtəlif gübrələri, plastik kütlələri, dərmanları və s. almaqdır. Həmin maddələr müxtəlif kimyəvi çevrilmələrlə alınır. Yuxarıda deyilənləri ümumiləşdirərək, kimyaya belə tərif verilə bilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri