Maşını kimin fikri ilə alırıq? – ARAŞDIRMA

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 948
Səs ver:
(səs: 0)
Qadınların əksəriyyəti avtomobil alarkən həyat yoldaşının fikrini əsas götürür. Britaniyanın “Rocket Fuel” araşdırma şirkətinin apardığı son sorğunun nəticələrinə görə, respondentlərin 24%-i etiraf edib ki, ərlərinin, arvadlarının, partnyorlarının fikri avtomobil seçimində onlara “böyük təsir” göstərib. Bununla yanaşı, qadınlar partnyorunun fikrini kişilərdən 25% daha çox dinləyir.

Respondentlərin 22%-i avtomobilin qiymətini əsas götürür. Sorğuda iştirak edənlərin bir hissəsi əvvəl aldıqları avtomobillərin keyfiyyətini, həmçinin almaq istədikləri avtomobilə internetdə yazılan rəyləri əsas faktor hesab edir. Maraqlıdır ki, satış menecerinin fikirləri avtomobil seçimində valideyn və yaxın dostların fikirlərindən daha az rol oynayır.

Ümumilikdə sorğuda iştirak edən 329 avtomobil alıcısının 76%-i qeyd edib ki, avtomobil almazdan öncə onunla bağlı onlayn nəsə alırlar. Adətən bu, seçilmiş avtomobilin test-drayvı və ya istismar kitabçası olur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri