Paltaryuyan maşınında nehrə yağı

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2220
Səs ver:
(səs: 0)
Kərə yağı insan sağlamlığına olduqca faydalı qidalar arasındadır. Yeməklərə istifadə edilən kərə yağı ləzzətiylə sanki yeməkləri tam fərqli bir dada çevirir. Mütəxəssislərin də tez-tez təklif etdiyi kərə yağının istehsalı olduqca çətindir. Keçmişdə evdə kərə yağı hazırlamaq gündəlik həyatın bir hissəsi idi. İnəkdən, qoyundan, keçidən sağılan süd və mayalanan qatığın emal edilməsi ev işləri içərisində çox vaxt aparırdı. Uzun səylər nəticəsində hazırlanan kərə yağının istehsalında yeni bir üsul ortaya çıxdı. Qadınların tapdığı bu üsulun adı paltaryuyan maşınında kərəyağı istehsalıdır. Karantin dövründə çox şeyin evdə necə ediləcəyini tapdığımıza görə kərəyağını da paltaryuyan maşınında edə bilərik. Bəs bu tətbiq necə edilir? Həqiqətən paltaryuyan maşında kərə yağı hazırlamaq olarmı? Bu kimi suallara cavab olaraq paltaryuyan maşında kərə yağının hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
1 kq qatıq üzü( yağı)
1 böyük su stəkan qatıq
2 stəkan buzlu su
iri tutumlu plastik su qabı

Hazırlanması:
Əvvəlcə iri tutumlu plastik su qabına qatığın üzü və 1 stəkan qatığı töküb qapağını möhkəm bağlayın (mümkün qədər möhkəm sıxın). Daha sonra qabı möhkəmcə bir parçayla bağlayın. Daha sonra paltaryuyan maşına yerləşdirin. Paltaryuyan maşınında 55 dəqiqə yalnız durulama rejimində, sıxma və istilik parametləri (ləğv etməyi unutmayın!) olmadan işlədin. 55 dəqiqə sonra qabı paltaryuyan maşından götürüb qapağını ehtiyyatla açın. İçərisinə 2 stəkan buzlu suyu əlavə edib qapağını bağlayın.

Təxminən 2-3 dəqiqə də öz əlinizdə çalxalayın. Qabın içindəki qarışığı təmiz yastıq üzü kimi parçaya tökün. Suyunu yaxşıca sıxdıqdan sonra kərə yağını yumaq əməliyyatına keçin. Dərin bir ləyənə soyuq buzlu su tökün. Nehrə yağını 2 dəfə soyuq buzlu suda yaxşıca sıxa-sıxa yoğuraraq yuyun. Bu sayədə kərə yağı artıq sudan təmizlənir. Təbii ev şəraitində nehrə yağı hazırdır. Nehrə yağını 1 saatlıq soyuducuya yerləşdirin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri