Kitab oxumağın qızıl qaydaları

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 1122
Səs ver:
(səs: 0)
А. Ümumi:
1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir.

B.Maariflənmək üçün oxunan zaman:
2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir.
3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu.
4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et.
5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir.
6. Çalış, (mütaliə etdiyin) kitabın hər yeri mükəmməl və aydın surətdə anlaşılsın
7. Ciddi səbəb olmadan heç nəyi nəzərdən qaçırma.
8. Ciddi səbəb olmadan kitabı tamamlanmamış (yarımçıq) qoyma.
9. Ehtiyac olmadan başqalarını köməyə çağırma, özgənin köməyinə ehtiyac duymadan bütün gücünü topla. Özfəaliyyət hər şeydən öndədir.
10. Harada lazımdırsa - təxəyyülünü “bütünlüklə” işləməyə məcbur et.
11. Tədqiqat aparmaqla daha yaxşı mütaliə etmək istəyirsənsə - əlində qələm oxu, konspekt, qeydlər, çıxarış et.
12. Başlıqlardan istifadə etməyi öyrən..
13. Təkcə "soldan sağa” yox, həm də “sağdan sola” oxu – oxunulmuşlara təkrar qayıt..
14. Əvvəlcə yaxşı anlamağa çalış, sonra tənqid et.
15. Kitaba qarşı olan tənqidi, kitabı mütaliə etdikdən sonra oxu.
16. Kitabı oxuduğun zaman, mahiyyətini aydınlaşdır və qısa kəlmələrlə qeyd et..
C. Şəxsi maariflənmə üçün kitab seçmək barədə:
17. Az oxu, lakin əsaslı oxu..
18. Maraqsız olsa belə, lazım olanı oxu.
19. Əldə edilə biləcək ən yaxşı nə varsa, oxu..
20. Çox yüngül və çox ağır olmayanı oxu..
21. Hər hansı oxuma planını (mütəxəssis məsləhəti və oxuma proqramı üzrə) istiqamətləndir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1122
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 508
Xəbər sayı: 3
Aisha
Maraqsız olsa belə, lazım olanı oxu.
Əslində mənim fikrimcə kitab heç vaxt maraqsız olmur.
Mən boş vaxtlarımda kitab oxumağı sevirəm.
19 dekabr 2020 19:19
5
Şərh sayı: 81387
Xəbər sayı: 30
BARBI
Men pdf seklinde oxumagi sevirem.Ele daha maraqli olur
5 dekabr 2020 22:28
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 2043
Xəbər sayı: 0
♡iLK NUR♡
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
5 dekabr 2020 01:18
3
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Şərh sayı: 1221
Xəbər sayı: 0
PandamR
Mən həqiqətən kitab oxmağı çoxx sevirəm... Bir kitabı ən gec bir həftəyə bitirirəm. Elə olub ki,bir ayda 6 roman bitirmişəm. Elə olub ki ümumiyyətlı yatmamışam. Mən o qədər səbirsiz insanam ki ürəyim partdıyar ki görəsən nə olacaq...falan filan...4 gün bundan qabaq aıdğım Elxan Elatlının "Görünməyən izlər" romanını dünən bitirdim. Bu gün isə artıq axtarışdaydım vəə Mauro De Vasconcelos in "Şeker portakalı" romanını tapdım. Biraz axtarış etdim kitab haqqında. Oxuyucuları tərəfindən sevilən bir kitabmış. İnşallah yaxşı olar. Məndə sifariş etdim və birigün əlimdə olacaq.
Təşəkkürlər maraqlı xəbər idi.
4 dekabr 2020 22:12
2
Bacarırsan ölüm qədər
sev məni;)
Şərh sayı: 6433
Xəbər sayı: 0
Cema_Axodova
Çox sevirəm kitab oxumağı qızımada aşıkamışam
4 dekabr 2020 22:11
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri