Uzaq Məsafəli Əlaqələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 922
Səs ver:
(səs: 1)


Uzaq məsafəli əlaqələr…
İkili əlaqələrin ən çətinlərindən biridir, uzaq məsafə əlaqələri.
Normalda olduğundan daha çox güzəşt istər. Güvənə hər şeydən çox ehtiyac duyar. Çox daha həssas və kövrəkdir. Mübarizə tələb edən bir təbiətə malikdir.
Bu əlaqələr, bitməyə daha uyğun görünürlər. Ancaq edilən araşdırmalar, uzaq məsafəli əlaqələrin yaxın əlaqələrə görə daha aşağı bir nisbətdə ayrılıqla nəticələndiyini göstərir.
Yaxın əlaqələrin ilk ayında cütlər arasındakı ayrılıq nisbəti 30% ikən, bu nisbət uzaq məsafəli əlaqələrdə 27% ə düşür.
Bir il boyunca davam edən yaxın əlaqələrdə 25% nisbətində ayrılıq yaşanarkən, uzaq məsafəli əlaqələr 8 %nisbətində ayrılıqla nəticələnir.
Yaxşı bütün çətinliyinə baxmayaraq, necə daha müvəffəqiyyətli əlaqələr halına gələ bilirlər?
Görülən o ki uzaq məsafəli əlaqə yaşayan cütlər, ehtiyacları olan anlayış, güvən və bağlılığı digər hər şeydən daha çox əhəmiyyət verirlər.
Romantizmlə birlikdə, daha məntiqli qərarlar və addımlar tələb edən bu müddət, kəsləri müsbət düşünməyə itələyən bir motivasiyası da içində saxlayır.
Psikoterapist Tina B. Tessinaya görə, bu motivasiyası meydana gətirə bilir olmaq çox əhəmiyyətli. "Ünsiyyətdə nə qədər müvəffəqiyyətli olsanız, o dərəcə motivasiya hiss edərsiniz."
Müsbət olmaq isə daha möhkəm bir birliyə liderlik edir.
Uzaq məsafəli əlaqə yaşayan cütlərə, psixoloqlar tərəfindən edilən təkliflər isə bu şəkildə:
Əlaqəni hansı ölçüdə yaşadığınız və gələcəkdəki gözləmələriniz haqqında dəqiq olmanız çox əhəmiyyətli. Bir-biriylə üst-üstə düşən gözləmələr, əlaqənin irəliləməsi üçün lazımlı təməli meydana gətirir.
Davamlı ünsiyyətdə olmaq tərəfləri rahatlaşdırır. Hər gün ən az bir dəfə, texnologiyanı istifadə edərək bir-biriylə danışan cütlər, uzaq məsafəli əlaqəni icra etməkdə daha müvəffəqiyyətlilər.
Uzaq olmanın gətirdiyi üstünlükləri qiymətləndirmək, kəsləri fərdi olaraq rahatlaşdırır. Ailəsi və yoldaşlarıyla daha çox vaxt keçirən ya da təhsil və karierinə zaman ayıran kəslər daha müsbət bir əlaqə yaşayırlar.
Bir-birlərini idarə altına almağa çalışmaq yerinə bir-birlərinə güvən verən və güvən eşidən cütlər, uzaqlığın gətirdiyi ziddiyyətləri çox daha rahat sovuşdururlar.
Bu tərz əlaqələrdə müddəti planlamaq da əhəmiyyətli. Uzaqlığın sona çatdırılacağı zamanı təyin etmək cütlərin əlaqələrinə eşitdikləri inancı çoxaldarkən; dəqiq bir şəkildə təyin olunan hədəflər, bu müddətin ola bildiyincə sağlam və qısa müddətdə tamamlanmasını təmin edir.
Uzaq məsafəli əlaqələrin çətinlikləri eyni zamanda müvəffəqiyyətli bir əlaqənin açarları…
Çünki içlərində ən müsbət anlayışları saxlayırlar:
"Ünsiyyət, müsbət düşüncə, anlayış, qarşılıqlı güvən və dəqiqlik."

 

 

Tərcümə Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri