Özgə bətni ilə uşaq doğmaq və ya “surroqat ana” biznesi…

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 473
Səs ver:
(səs: 0)

 Son illərdə yoxsul ölkələrdə "döl daşıyıcısı” axtaran britaniyalıların sayı artmaqdadır

Britaniyada çıxan "The İndependent” qəzeti yazır ki, son vaxtlar dünyaya müxtəlif səbəblərə görə övlad gətirə bilməyən varlı Britaniya ailələri "özgə bətnini sifarış” etmək üçün xarici, ələxüsus da yoxsul ölkələrə yollanırlar.
Britaniya mətbuatında və elmi terminologiyada "surrogate” və ya əvəzləyici analar kimi tanınan qadınlar başqa bir cütün laboratoriya yolu ilə mayalandırılmış dölünü daşımağa razılıq verirlər. Əlbəttə, yaxşı pul müqabilində…
Qəzet yazır ki, bu cür xidmətlərə müraciət edən Britaniya cütlərinin sayı son 5 ildə üç dəfə artıb.
Bu cür xidmətlər Böyük Britaniyada qanunla qadağan edilib və odur ki, uşaq istəyənlər, lakin onu istehsal edə bilməyənlər, indi daha çox Hindistana üz tuturlar.
Hindistanda bu praktikanı yasaqlayan heç bir qanun yoxdur.
Kommersiya surroqatı həmçinin ABŞ-da və bir çox başqa ölkələrdə də qadağan olunmayıb.
Yeri gəlmişkən, məşhur Rusiya müğənnisi Filip Kirkorov, arvadı olmaya-olmaya bu üsulla Amerikada qız uşağı "doğuzdurub”.
Maraqlıdır ki, Britaniya qanunları bu praktikanı qadağan etsə də, 2010-cu ildən homointimual və lezbian cütlərə sifarişli bətnlərdə uşaq yetişdirmək icazəsi verilib.
Özgə bətnin qiyməti
Xəbər verilir ki, ailələr bu cür xidmətlərə adətən uğursuz süni mayalandırma cəhdlərindən sonra müraciət edirlər.
Qəzet yazır ki, xarici ölkələrdə yad qadının bətnini kirayələmək 10 min-20 min funt sterlinqə mümkün olur.
Bu da qeyd edilməlidir ki, süni mayalandırılmış döl dünyaya övlad gətirmək istəyən cütlərin öz hüceyrələrindən ola da bilər və ya olmaya da bilər.
Məsələn, əgər ər və ya arvaddan hər hansı birinin qısırlığı vardırsa, çatışmayan hüceyrə hər hansı başqa "donor”dan da alına bilər.
Bətn sifarişi biznesə çevrilir
Lakin Britaniyanın hökumət təsisatı sayılan İnsan Mayalandırılması və Embriologiya İdarəsinin rəhbəri Merlin Kroşou bildirir ki, belə bir biznes qanunsuz uşaq nəqlini artırıb.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, 2011-ci ildə 13 Vyetnamlı qadın surroqat ana olmaq məqsədilə Avropaya nəql edilib.
Onlardan yeddisi artıq hamilə imiş.
Bu da xüsusi narahatlıqla qeyd olunur ki, artıq Tayland kimi ölkələrdə "bətn sifarişləri”ni yerinə yetirən böyük bizneslər təşəkkül tapıb.
Surroqat valideynliyi məsələləri üzrə ixrisaslaşmış vəkil Natali Gembl bildirir ki, xaricdə uşaq yetişdirən valideynlər sonradan Britaniyaya qayıdıb valideynliklərini rəsmən təsdiq etdirmək üçün müraciət edirlər. Hakimlər isə bunun qanunsuz olmasına baxmayaraq, "uşağın ali maraqlarından” çıxış edərək valideynliyi təsdiqləyən hökm verirlər.
Natali Gembl bildirir ki, nəticə etibarilə belə praktika hüquqi baxımdam uşaq alveri kimi də qiymətləndirilə bilər.
Hüquqşünas maraqlı bir hadisəni yada salır.
Homointimual cütün əkiz övladları
Ötən ilin aprelində Britaniyadan olan iki homointimual Hindistana səfər etmiş və oradakı klinikalardan birində onların birindən alınmış spermlə başqa bir donordan götürülmüş yumurtanı mayalandırmışdılar.
Sonradan döl daşıyıcı qadının bətninə köçürülmüş və doqquz aydan sonra əkiz uşaqlar doğulmuşdu.
Lakin elə həmin məqamda daşıyıcı qadının əri peyda olmuş və uşaqların əsil atasının özü olduğunu iddia etmişdi.
Lakin necə deyərlər, qanun qanun, biologiya da biologiyadır. 
Sonunda pulgir kişiyə laboratoriya analizlərinin nəticələri göstərilmiş və ona başqa, daha  faydalı işlə məşğul olmaq məsləhət görülmüşdü.
Zülfüqar Rüfətoğlu, 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri