Həyat nədir ANA?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 008
Səs ver:
(səs: 3)

 Problemləri həll edəcək bir sehrli çubuqum olsaydı kaş ki.

Möcüzəvi güclərim olsaydı...Çok sadə şeyləri əldə etmək üçün bu qədər mübarizə etmək lazım olmasaydı. Böyük deyilən şeylər bu qədər kiçik olmasaydı.
O böyük adamları böyük edən tək şey böyük olmaq uğruna çəkdikləri ağrılardan başqası deyil.
Bu ürəyimin orta yerində kiçik bir acı,məni öldürməyə çatmayacaq qədər kiçik bir ağrını belə dindirəcək gücüm yox halbuki.
Kiçik narahatlıqlarımla baş edə biləcək qədər belə gücüm yox.
Üstümə sürətlə gələn gələcək məni bu qədər ürkütməsə ,qorxutmasaydı kaş ki.
Bilirəm, ruhumun xəstəliklərinə bu dünya da bir şəfa yox.
Artıq həyata qarşı müqavimətim o qədər qırıldı ki.
Kim anlar məni,mən kimsəni anlaya bilmirəm.
Xoşbəxt olmaqmı? Bu belə böyük bir eqoizm,ola bilmirəm.
Şeir kimi bir həyat xəyal etmişdim. Ən sadəsindən, ən başa düşənindən bir şeir.Hər sətirində, hər sözündə ,hər hərfində duyğu yüklü. Olmadı, ola bilmədi, qarşı dayana bilmədim, içimə girdi bir şeylər, həyat Vanessanın skripkasından tökülən notlar ola bilmədi. Ola bilməzmiş, uşaqmışam mən, böyümək istəməmişəm,ortalarda bir yerlərdə ilişib qalmışam,tək başıma çarəsiz və aciz.
Ahmaq insanlığın, ahmaqca qurduğu iyrənc sistem təpəmin ucunda işləməyi davam etdirərkən mən, neçə dəfə bu nizamı izləyib, dayanıb nə edəcəyimə ağladım,heçkim bilməz. Başından keçən o qədər fəlakətlərə baxmayaraq ,hər qurduğu nizam başına yıxılıb dəfələrlə altında qalmasına baxmayaraq insanca yaşamağı öyrənə bilməyən ahmaq insanlığın , ahmaqca nizamına oynaqlanmaq zəruriliyinin nə cür acı verici olduğunu heç kim bilə bilməz.
Erkən yaşlarda zehinimə düşən problemin hələ cavabını tapa bilməmiş olmaq,açıqlaya bilməmək, elə isə niyə belə, belədirsə elə ola bilməz çırpınışlarıyla yaşamağa çalışmaq...

" Həyat nədir ana?"
"Həyat ağrıdır oğulum. Həyatı acı edən insanların özüdür. Yaradan həyatı insanlar üçün bir nemət olaraq vermişdir. Amma insanlar nankordur oğlum. Rəbbinə qarşı nankordur ...Rəbbinə qarşı nankor olandan özün üçün bir şey gözləmə.."
"İnsanlar niyə nankor ana?"
"Ehtirasları, ehtirasları, eqoizmləri, şəhvətləri səbəbindən.."
"Bunları onlara kim verdi ana?"
"Allah verdi oğlum."
"Yaxşı ,bu pis şeyləri Allah onlara niyə verdi ana?"
"Bunlar pis şeylər deyil oğlum. Amma insan bunları sui-istifadə etdi."
"Necə yəni ana?"
"Necə izah edim,düşün, bıçaqı icad edən adam onu insanlar çörəklərini doğraya bilsinlər deyə icad etmişdi, amma insan bu icadı sui-istifadə edib, onu insan öldürmək üçün istifadə etdi."
"O zaman həyat nə ana?"
":):):)...Bilmirəm oğlum"
Onun bilmədiyini kimsə öyrədə bilmədi mənə. Məni yetişdirənin bilmədiyini...



   

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri