Ad ve reqemler...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 26 980
Səs ver:
(səs: 5)
Ad ve reqemler...

Adının rəqəm açmasını tapmaq elə də çətin deyil. Bunun üçün adında, soyadında və atanın adında olan bütün samit hərflərin kodunu aşağıdakı cədvəldən istifadə etməklə hesablamaq lazımdır.
Adının, soyadının və atanın adını yaz.
Oradan bütün samitləri seçib, yan-yana qeyd et. Sonra hər hərfin rəqəmini tapıb, topla.

Nümunə: İsmayıllı Aygül Şəhriyar qızı
s,m,y,l,l,y,g,l,ş,h,r,y,r,

1+4+7+3+3+7+3+3+9+8+2+7+2=59=5+9=14=1+4=5
Deməli mənim kodum 5-dir.
 
DİQQƏT!!!
Kod mütləq təkrəqəmli olmalıdır. Nəticə cütrəqəmli alındıqda, onlar da toplanmalıdır.

Hərflər:
B-2 V-4 Q-7 D-7 J-7
Y-7 K-2 G-3 L-3 M-4
N-5 P-7 S-1 R-2 F-6
X-8 Ç-4 C-3 Ğ-7 Ş-9
H-8 Z-8 T-2

Adın nəyə qadirdi??????
5(beş) Mənəvi-ruhi potensional: Sizin gücünüzqəti fikir irəli sürmək və riskli hərəkətlət etməyinizdədir. Özünə vurğunluğunuz istənilən anda vəziyyəti 1800 dəyişməyə imkan verir. Nəticə hətta özünüzü də təəccübləndirə bilər. Sizi avanturist hərəkətlər və uzun səyahətlər cəlb edir.
Maddi potensial: Siz ağlagəlməz və mənasız layihələrə nəinki öz pulunuzu, hətta başqalarının da imkanlarını xərcləməyə çəkinmirsiniz.

6(altı) Mənəvi-ruhi potensial: Həyatınızın məqsədi ailə səadəti, sevdiyinizlə ömür boyu birgə olmaqdır. Şüuraltı olaraq siz ailə idealına can atıb, nəsil-köklərinizi davam etdirirsiniz.
Maddi potensial: Pul sizə ailənizin və övladlarınızın gələcəyini ürəyiniz istədiyi kimi qurmaq üçün lazımdır. Bir sözlə, siz özünüz yaddan çıxmısız.

7(yeddi) Mənəvi-ruhi potensional: Siz həmişə özünüzü dərk etməyə can atırsınız. İntelektual səviyyənizi yüksəltmək, həmfikir insanlar tapmaq, həyatın dərinliklərinə getmək sizin misiyanızdır. Çatışmayan yeganə cəhətiniz realist olmamağınızdır. Düşündükləriniz elə fikir olaraq qalır.
Maddi potensial: Sizə artıq pul lazım deyil. Dostlarla görüşmək və istədiyiniz yerə getmək üçün cibinizdəki kifayət edir.

8(səkkiz) Mənəvi-ruhi potensional: Qlobal problemlər, iri layihələr, böyük sövdələşmələr, sosial proqramlar və xeyriyyə aksiyalarının keçirilməsində iştirak etmək üçün doğulmusunuz. Sizin niyyətiniz səmimi və safdır. Özünüzü ətrafdakılara göstərmisiz, ancaq hərdən ailənizi və sağlamlığınızı da düşünün.
Maddi potensial: İri layihələr üçün gecə-gündüz çalışıb, pul və sponsur tapmaqdan yorulmursuz. Özünüzü rahat hiss etmək üçün sizə güclü maddi dayaq lazımdır.

9(doqquz) Mənəvi-ruhi potensional: Siz ali missiya üçün yaranmısınız. İnsanlara kömək etmək, onları xeyirxahlığa çağırmaq və sülhün, əmin-amanlığın carçısı olmaq, sizin əsas devizinizdir. Bütün səyləriniz gözəldir. amma çalışın hamıya inanmaqla sadəlövlüyünüzün qurbanı olmayasınız.
Maddi potensial: Siz pullarınızı ruhi-mənəvi işlərə sərf etməyə hazırsınız. Tədbirlər, konsertlər təşkil etmək, insanları saf amal ətrafında birləşdirmək sizi seçilən təşkilatçı edə bilər.
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 26 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri