Sevgi şkafı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 977
Səs ver:
(səs: 0)
Düşünün ki önünüzdə bir şkaf var.
Bu şkafda 4 hissə var.
Hər hissədə qutular.
Bu qutuların içində sevginiz və nifrətiniz var.
Ən üst hissədəki qutularda ‘Ən çox sevdiklərinizi' saxlayırsınız.
İkinci hissədə "Sevirəm amma çox da güvənmirəm" dediklərinizi.
Üçüncü hissədə "Hər kəs kimi biri mənim üçün" dediklərinizi.
Ən altda da "Nifrət edirəm və ya Qətiliklə güvənmirəm" deyə adlandırdıqlarınızı.
Bura qədər hər şey tamam.
Əsl sorğu indi başlayır.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir tək söz üzündən, ən alt hissədəki qutulara qatdınızmı? 
Dəyərindən çox dəyər verdinizmi birinə?
Ya nifrət edirəm dediyiniz birini zaman ilə sevdinizmi? 
Siz heç yanıldınızmı?
Utandınızmı o bir zamanlar arxasından atdığınız adamın indi ən yaxın dostunuz olduğu üçün?
Heç etiraf etdinizmi səni heç sevməzdim deyə?
Ya da heç hirsləndinizmi "Nə də çox güvənərdim sənə" deyə.
İnsan heç bir söz ilə ən sevdiyini ən nifrət etdiyi kəslərin arasına atabilərmi? Doğrumu? Bir zamanlar göylərə çıxartdığınızı yerin dibinə atmaq olarmı? Yaraşarmı sizə?
Halbuki bir zamanlar aranızdan su sızmazdı. Yeri gəlir çörəyi belə paylaşardınız, qaldı ki düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizlərə bir tövsiyə…
Heç bir zaman ilk gördüyünüz birini sevmədim deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın.
Zaman tanıyın, səbr edin..
Lazım olsa qutulara qaldırmayın, şkafın qarşısında gözlədin.
Zamanı gəldiyində o adam onsuz da şkafın bir hissəsində özünə bir yer seçəcək.
Eyni şəkildə, ilk gördüyünüz birinə sanki 10 ildir tanıyıram deyərək, ən üst hissəyə qaldırıb, yerə göyə sığdırmayın.
Yoldaşlıq, dostluq və ən əhəmiyyətlisi sevgi zaman istər.
Sənin xəbərin olmadan o şkafında özünə yer tapacaq.
Yetər ki siz səbr edin və şkafınızı geniş tutun...
Şkafınızın ən üst hissəsindəki qutuları ƏSLA atmayın.
Qiymətli bir xəzinə kimi saxlayın.
Ən alt qatdakıları da hər həftə zibilə boşaldın.
Görəcəksiniz, gün gələcək şkafınız yalnız Sevdikləriniz' ilə dolacaq.
İşdə o zaman gerçək xoşbəxtliyi tapacaqsınız…
Bir şey daha.
Bu şkaf hər kəsdə vardır.
O sizin sevginizi saxladığınız ÜRƏYİNİZDİR!!!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri