Varlıqların dilində Ailə (Hamı oxusun)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 094
Səs ver:
(səs: 4)
Biz də ailəylə əlaqədar dərsimizi öyrənmək üçün varlıqları oxumağa çalışacağıq. Varlıqlar bizə ailə haqqın da görəsən nələr öyrədəcək?
Su: İlk olaraq sudan soruşaq dedik . Suya qulaq asırıq indi. Su deyir ki bizə: mən necə ki canlılığın və həyatın qaynağıyamsa ailə də insan varlığının və davamının qaynağıdır. Mənim yoxluğum necə ki həyatın yox olmasıdır elə ailənin olmaması da insanlığın olmamasıdır. Və mənim təmiz olmam insan sağlamlığını necə təsir edirsə, ailənin mənəvi təmizliyi və şəxsiyyəti də cəmiyyətə eləcə təsir edər.
Nar: Su sözünü bitirər bitirməz nar başladı sözə: ‘Bir də məni dinlə ey Adəm.' dedi. Əgər məni anlayarsansa evliliyi də anlayarrsan insanoğlu. Bir tapmaca var haaa mənimlə əlaqədar: bazardan aldın bir dənə, evə gəldim min dənə deyə, bax məndən alacağın ən böyük dərs bu olmalıdır. Evlilik bərəkət deməkdir.. Nar kimi bərəkətli bir evlilik diləyiylə
Ürək: Məni unutmayın dedi ürək, nar susar susmaz. Ailə ən çox mənə bənzəyir. Necə bədənin çalışması və həyatının davam etməsi bir nöqtə də mənə bağlıdırsa, cəmiyyətin həyatı və insanın sonsuz həyatı da ailəyə bağlıdır deyə bilərik. Necə bədən deyilən aləmdə bütün funksiyaların başlanğıcı mənim qanı vurmamla başlayırsa, cəmiyyətin varlığı da ailəylə başlar.
Və necə mən, mənə gətirilən çirkli qanı təmizləyərək təkrar bədənə göndərirsəm, ailə də mənim kimi olmalıdır; daxilinə qatılan qatılan hər fərdi düşüncə və hiss dünyası baxımından təmizləməlidir. Mən qanı təmizləyə bilmədiyim də həyat öləcəy kimi olur, ailə də əgər daxilindəki fərdləri mənəvi olaraq təmizləməzsə cəmiyyət ölü hökmündə olacaq.
Ürəyinizə və ailənizə yaxşı baxın!
Ağac: Ağac da qatıldı ailə söhbətinə. Aydındır ki onun da söyləyəcəkləri vardı. Və başladı danışmağa: Evlilik məncə ən çox mənə bənzəyir . Kiçik bir toxum olaraq torpağın altına atılaram əvvəlcə. Torpağın altında əzilərəm . Daha sonra başımı torpaqdan çölə çıxarar çıxarmaz günəş yandırmağa başlar üzümü amma gücənməm günəşə .Çünki böyüməm üçün yanmağım lazımdır. Cəfa çəkmədən səfa görməzsən. Daha sonra isə, illərcə yetişkinləşməyi gözləyərəm. Bu vaxt günəşdə yanarkən, bəzən də külək sərt əsər üzərimə. Kiçik bədənimi yerindən sökməyə niyyətliymiş kimi əsər. Köklərimlə torpağa yapışmağa çalışarkən canım ağrıyar. Lakin yenə də səbr edərəm. İllər keçər gözəl bir ağac olaram. Bu dəfə günəşlə birlikdə işləyərəm. İnsanlardan aldığım çirkli havanı təmizləyərək insanlara təmiz hava verərəm.
Ailə də belədir məncə. Bəzən ağrılı çəkilə; dərdlər, çətinliklər olar. Bəzən yanar, bəzən çətinliklərin altında əzilər insanlar. Lakin burada edilməsi lazım olan mənim torpağa yapışdığım və ondan dəstək aldığım kimi , həyat yoldaşların da bir-birinə yapışaraq dəstək olmasıdır. Və insanlığa təmiz hava kimi, ehtiyacı olan təmiz xarakterli insanları yetişdirməkdir.
Ailə ağacının ən gözəl meyvəsi cənnətdir.
Torpaq: Və son olaraq torpaq danışmağa başladı. ‘Ailə məncə ən çox mənə bənzəyir.' dedi. Mən mənə verilən bir toxumu bağrıma basar, illərcə bəsləyər və qoruyaram. Mənə verilən bir toxuma qarşılıq, insana ehtiyacı olan qidaları təmin edərəm. İnsan mənə bir toxum verər baxmaq üçün, mən isə o toxuma qarşılıq bəlkə minlərlə toxum dəyərində şeylər verərəm insana. Amma əmək istəyərəm, sevgi və maraq gözləyərəm insandan. Yəni toxumu atması çatmaz birdə tərini istəyərəm verdiklərimə qarşılıq.
Ailə də belədir məncə. Nigahla ailənin ilk toxumu atılar. Lakin meyvəsini yemək üçün o toxuma ehtiyacı olan sevgi, maraq və mərhəməti vermək lazımdır. Toxumu yalnız torpağa əmanət etməklə iş başa çatmaz.
Tərcümə Etdi:
NİGAR_CAVAD
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri