Hər insan bir az yalnızdır...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 321
Səs ver:
(səs: 2)
Həyat hər zaman istədiyimiz şəkildə irəliləməz. Bəzən acı çəkdirər, bəzən də xoşbəxtlik verər. Amma insan həmişə axtarış içərisindədir. Ümidi, dincliyi bütün həyatı boyunca axtarmışdır. Əslində məqsədi bir az sevgi görməkdir insanoğlunun. Tale cizgisi insanın həmişə sorğuladığı bir anlayış olmuşdur. Bəzən üsyan edər, bəzən də məqsədsiz olaraq sarılar bu taleyinə. Sorğulamaq istəyər, amma bacara bilməz, çünki o da bilir taleyinə yeniləcəyini. Və sorğuladıqca tək qalar.
Əslində hamımız bir az yalnızıq. Kimi axtardığı eşqi tapmaq istəyərkən, kimisi də taleyinin arxasından gedərkən tək qalmışdır. Həyatda həmişə bir əskiyimiz olmuşdur, ya da qanayan bir yaramız. Müalicə edə bilmədiyimiz, üstünə düşündükcə bizi daha çox yandıran elə dayanan bir yaramız var. Bizi yalnız qılan əslində bu qanayan yaralarımızı müalicə edilə bilməməsidir. Kim əl atmaq istəsə qapılarımızı bağlayar ona. Çünki bu yara bizim taleyimizdə deyə qəbul edirik. Bu qəbul ediş var olduqca da təkliyə möhtac olarıq.
Həyatda olub bitənlər bizdən müstəqil olaraq inkişaf edər kimi görünsə də, əslində hamısında bizim bir payımız vardır. Dəqiq mübtədası mövqeyində ikən özümüzü elə xırdalıqlarda gizləyər ki, gizli mübtədanın arxasında belə sığıntı olmağa razı qalarıq. Öz varlığımızı anlamazkən, başqa varlıqları sorğulayarıq. Kədərlənərik, amma dilə gətirmək istəmirik. Sevərik, həm də "onun üçün ölərəm" deyərcəsinə sevərik, amma əsla söyləyə bilmərik. İsyan edirik, qırar, tökər yuyar, amma əsla istədiyimizi ala bilmərik. Artıq içimizdə fırtınalar qopar, amma biz hələ də təkliyin mübtədası olmaqdan kənar gedə bilmərik.
Taleyimizin qırmızı xəttlərini bəlkə biz çəkmədik, amma o xəttləri aşmaq bizim əlimizdədir. Bəzən həyatda hər şeyi silib yeni bir başlanğıc etmək lazımdır. Amma biz həmişə bu başlanğıcları keçmişdə axtarmışıq. İçində bolca "kaş" saxlayan bir çox cümlənin yorğunluğu hələ də atılamamışdır bizdən. Amma biz başlangıçlarımızı indiki vaxtda axtarmadıqca təklik arxamızı buraxmayacaq. Buna görə artıq kaş deyil olacaq deməyin zamanıdır. İndi oturun, dərin bir nəfəs alın. Amma sevdiyinizi söyləmək, isyanınızı məntiqlə həll etmək üçün əsla "kaş ki" deməyi gözləməyin. Söyləyin sevginizi, hayqıran, eşitmək istəyən onsuz da duyacaq. Eşitməyən onsuz da sizin üçün kar olmuş deməkdir. Öz yalnızlığınızdan isə buraxın həyat onu tək buraxsın.
İndi tək qalmağın deyil, təkliyi silməyin zamanıdır...
Unutmayın ki, tək olmaq deyil tək buraxılmaq hər zaman daha pisdir.
Yalnız qalmamaq diləyiylə...
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri