+++++++++++++Sarıl Uşaqlığıma...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 054
Səs ver:
(səs: 0)
Sarıl Uşaqlığıma

İndi, qurulub bir heçliyin içərisinə, ovucumda sıx saxladığım uşaqlığımı tökəcəyəm önünə. Kövrəkliklərimi göstərəcəyəm sənə, qorxularımı… Daha çox sev deyə deyil, daha yaxşı anla deyə səhvlərimi.
Göy gurultusundan qorxardım mən, xoş hələ titrəyər böyüməyən bir tərəfim. İpisti bir qucaq üçün imtina edilə bilməz,  bir bəhanədir göy gurultusu. İşdə buna görə nə vaxt qışqırsa səma, aç qucağını, sıx sarıl mənə…
Sobalı idi evimiz, indi nə qədər isti olursa olsun tapıldığım məkanlar, hələ üşüyərəm. Nə elektirikli ədyallar, nə də əl toxunmayacaq qədər isti olan pətəklər, istilədə bilməz uşaqlığımı. Burnunu çəkə çəkə özünə sarılan bir qız uşağıyam hələ. Bax sıx sarılıb buraxmamağın üçün məni, bir səbəb daha…

Divarlarım heç olmadı mənim. Buna görə gizlənpaç oynayarkən həmişə saxlanmaqdan sıxılar, yaxanı ələ verərdim. Doğru bildiyim nəysə söylədiyim üçün, insanların bütün fikirlərindən qovuldum. Çox asan yoldaş əldə edə bilirdim amma həmişə çox az yoldaşım oldu, təkdim. Təklik seçimmi edilər yoxsa insanlar tərəfindən məhkummu edilər bilməm amma tək qaldıqca kağıza qələmə daha möhkəm sarıldım. Qələmə kağıza sarıldıqca, içimdə tutduğum nə varsa aldı məndən. Yazdıqca yaşadım, yaşadıqca yazdım. İndi səndə tut məni sözlərimdən…

Yaramaz deyildim amma həmişə öz yaratdığım oyunlarda qanayardı silsiləm. Çatlayardı biləklərim. Heç ağlamazdım, gözyaşlarım gecələrin idi, gündüz onları göstərəcəyim qədər qiymətli kimsəm yox idi ki… Yanında dayanıb ağlaya bilirəmsə səbəbsiz səbəb göstərdiyim hər hansı bir şeyə, verdiyin dəyərdəndir. Ömürümə yayıl deyədir…
Kəpənəkləri və şarları çox sevərəm, rənglərindəndirmi imtina edə bilməyişim, yoxsa səmada özlərinə azadca yol kəşflərindəndirmi bilməm. Yüzlərlə şarım olsun, heç bilmədiyim şəhərlərdə ki heç bilmədiyim insanların hekayələrini yazım istəyərəm həmişə. Sən mənim heç olmayan azadlığımsan sevgilim, bəzən qurdlu alma şəkərim, bəzən xəyal qəhrəmanım, bəzən pambıq şəkərin əlimdə qalan payası, bəzən könülümün azuqəsi…

Mən hələ  bir qız uşağı. Enişlərimdə, gülüşlərimdə hər qucaqlayıb sarmalaman üçün məni. Ömürümdə, ömürümün hər xoşbəxt günü də əhatə etsin səni, o qız uşağını heç üzmə yetər ki…

Tərcümə etdi:
PRETTY_GİRL


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri