Yetim qızcığaz evli kişini necə yoldan çıxartdı?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 655
Səs ver:
(səs: 10)
 
Adı Qəmərdir. 31 yaşı var. Bakıda doğulub-böyüyüb. Qəmər valideynləri dünyasını dəyişdikdən sonra nənəsinin himayəsində yaşayıb. Ailənin maddi vəziyyəti yaxşı olub. Qəmər qayğısız uşaqlıq illəri keçirib. Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra bankların birində işə başlayıb. İşə düzəldikdən sonra maddi vəziyyəti xeyli yaxşılaşıb. Bütün qüvvəsi ilə özünə yaxşı gələcək, həyat qurmağa çalışıb. Bankda işlədiyi müddətdə praktika üçün gələn Erkin adlı oğlanla tanış olub. 
Erkinlə aralarında 6 yaş fərq olmasına baxmayaraq, onun ailəsinin razılığı ilə ailə qururlar. Qəmərin xarakteri, mədəniyyəti Erkinin ailəsini valeh edir. Erkin Qəmərə o qədər bağlı olur ki, eyni yerdə işləmək üçün banka müraciət edir. Lakin, işə qəbul edilmir. 
Qəmər evliliyinin üçüncü ayında hamilə qalır. Hamiləliyi ağır keçdiyi üçün işdən ayrılır. Erkinin də Bakıda xüsusi bir işi olmadığı üçün onun nənəsinin yaşadığı rayona gedirlər. Yay ayları olduğuna görə Qəmər gününün çox hissəsini havada, rayon camaatının arasında keçirir. Qonşuluqda yaşayan Sevinc adlı kimsəsiz qızla tanış olur. Sevinc 12 yaşından yetim qalmış, qonşuların ümidinə böyüyən qız olur. Qəmər onu tez-tez evə gətirib, yedirib-içirir. Paltarlarını ona verir. Qəmər bacı-qardaşsız olduğuna görə tezliklə Sevincə bağlanır. O, Sevincə acıyır. Yay ayları bitəndən sonra Qəmər və Erkin Bakıya qayıtmaq istəyir. Sevinc Qəmərin yanına gəlib, ağlayıb-sızlayır ki, onu da özləri ilə Bakıya aparsınlar. Sevinc Qəmərə alışdığını deyir. Qəmər ona deyir ki, Bakıya həkim müayinəsinə gedirlər. Bir həftə sonra onu gəlib özləri ilə aparacaqlar. Sevinc sakitləşib onları rahat buraxır.
Bakıya qayıdan Qəmərin başı həkim müayinəsinə qarışır. Bir müddət Erkinlə aralarında soyuqluq hiss etmir. Lakin, iki həftə sonra Erkinin ona qarşı necə dəyişdiyini hiss edir. Evdə darıxan Qəmər "odnaklassniki” sosial şəbəkəsində özünə hesab açır. Ağlına ilk gələn şey isə Erkinin burda hesabının olub-olmamasını yoxlamaq olur. Beləliklə, Erkini tapır. Erkin hesabında Sevinc adlı qızla münasibətdə olduğunu göstərir. Sevincin şəklini tapanda isə Qəmər dəhşətə gəlir. Sevinc kənddə tanış olduqları yetim Sevinc idi. 
Erkin evə gələn kimi Qəmər onunla haqq-hesab çəkmək qərarına gəlir. Erkin isə bütün olanları boynuna alır. Məlum olur ki, Erkin Sevinclə tanış olduğu ilk həftədə onunla cinsi əlaqədə olub. O, etiraf edir ki, Sevinci sevir. Dəliyə dönən Qəmər Erkinlə dalaşıb, birbaşa rayona yollanır. Rayonda iki nəfər gənc oğlana pul verib Sevinci qaçırır. 
Sevinc Qəməri gördüyün an ağlına heç nə gəlmir. Onu maşına mindirib rayondan uzaq bir yerə aparırlar. Qəmər yoldaca Sevinci döyməyə başlayır.
Qəmər deyir ki, Sevinci öldürmək niyyəti olmayıb. Lakin, haqq-hesab çəkmək istəyib. Söhbət zamanı Sevinc Erkinlə aralarındakı münasibəti detallı şəkildə danışıb, Qəməri özündən çıxarıb. Qəmər hər dəfə onu vuranda Erkinlə necə sevişdiyini Qəmərə danışıb. Qəmər pul verib özü ilə gətirdiyi oğlanlardan həmin gecə Sevinci zorlamağı istəyib. Oğlanlar səhərə qədər Sevinci zorlayıblar. Yalnız qonşuların səhəri gün yaxınlıqdakı evdən gələn hay-küyə reaksiyasından sonra Sevincin köməyinə gələn olub. Sevinci huşsuz vəziyyətdə xəstəxanaya aparırlar.
Xəstəxanada o, başına gələnləri kimin etdiyini deyir. Bakıya qayıdan Qəməri qapıda polis qarşılayır. Onu hamilə olduğu üçün həbs etmirlər. Həbsinin müddəti uşağının 5 yaşından sonraya saxlanılır. Erkin isə Qəməri qoyub evdən çıxır. Qəmər hamiləliyini tək-tənha keçirir. Erkin Sevinci rayondan Bakıya gətirir. Onlar bir yerdə yaşamaq qərarına gəlirlər. Qəmər ailəsini qorumaq üçün hər şey edir. Doğuşa bir həftə qalmış Erkinə evə qayıtması üçün yalvarır. Erkin niyyətindən daşınmır. 
Qəmərin İlkin adlı oğlu dünyaya gəlir. Erkin yalnız 4 aydan sonra içkili vəziyyətdə uşağı görməyə gəlir. Qəmər elə düşünür ki, onların münasibəti düzəlir, Erkin bir daha Sevincin yanına getməyəcək. Evə gələn kimi uşağı qucağına götürüb qaçırmaq istəyir. Qəmər var gücü ilə çalışıb uşağı onun əlindən almağa çalışır. Aralarında mübahisə qızışır. Erkin Qəməri təpiklə döyməyə başlayır. Qəmər nə qədər yalvarsa da, o, İlkindən əl çəkmir. İçkili Erkin körpə uşağı yerə çırpır. Qəmər uşağı qucağına alanda görür ki, nəfəsi gəlmir. Elə bu dəm Erkin içkinin təsirindən əlləri boşalıb, yerə yıxılır. Qəmər mətbəxə qaçır. Əlində bıçaq geri qayıdır. İlkini qucağında bərk-bərk sıxır. Erkin yenə də 4 aylıq uşağı anasından zorla almağa çalışır. Qəməri sinəsindən vurub geri itələyir. Qəmər özünü müdafiə etmək istədikdə bıçaq Erkinin ürəyinə sancılır. Qəmər təcili yardım, polis çağırır. Polis Erkinin anasını çağırıb körpəni təhvil verir. Erkin yerindəcə keçirir. Məhkəmədə isə hakim Qəmərə bəraət verib məhkəmə zalındaca azad edir. Qəmər Erkinin anasından uşağı geri alır. Lakin, Erkinin valideynləri Qəməri günahkar hesab edir. Övladlarının ölümündə onu suçlayır. 
İlkinin indi 3 yaşı var. Qəmər iki il sonra həbsə gedəcək. Ancaq dünyada ən çox sevdiyi insan olan Erkini öldürdüyünə görə yox. Onun ailəsinin dağılmasına səbəbkar olan, acıdığı üçün evində yedirib-içirdiyi Sevinci oğurladığına görə...
Qəmər deyir ki, onun həyatı alt-üst olub. Bütün olanlara səbəbkar isə günahsız, saf bildiyi Sevinci bilir. 
Sevinc Erkin öldükdən sonra Bakıda tək dolana bilmir. Hazırda Bakı barlarının birində fahişəlik edir. 
Əziz oxucu, sonsuz güvən gözəldir. Lakin, güvənin sonu gələndə dünyanın sonu olur. 
Günay

(səs: 10)
Şərhlər: 2
Baxılıb: 5 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri