Gecikdim(13-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 558
Səs ver:
(səs: 1)
Beləcə, Aynur müdafiə edərək universiteti qırmızı diplomla bitirdi.
Sabah artıq rayona qayıdacaqdi. Tələbə evin də son günü idi. Həsrətlə evin şəkillərlə, yazılarla dolu divarlarına baxıb xeyala dalmışdı. Az deyil, tam 3 ili bu evdə 4 divarın arasında keçmişdi. Sevincli, kədərli günləri olmuşdu burda. Tələbə həyatının ən gözəl illərini yaşamışdı. Yeni dostluqlar qazanmış, paylaşmağı öyrənmişdi. Hətta ilk sevgi etirafını bu evdə eşitmişdi. Doğma idi bu ev ona. Artıq gedirdi. 1 daha yaşaya bilməyəcəkdi qayğısız tələbə həyatını. Bir daha üstünə yağış yağmayacaqdı, bir daha evdə tarakan, siçan görüb qışqırıq salıb qızları qorxuzmayacaqdı, bir daha imtahanlara hazırlaşmayacaqdı, bir daha dərs oxuduqlarına görə vaxt eləyib yemək bişirə bilmədiyindən günlərlə yumurta yemeyecekdi, bir daha xəstələndiyin də otaq yoldaşları səhərə qədər növbə ilə ona baxmayacaqdılar. Bu bir dahalar saymaqla bitməzdi. Aynur hər şeyi geridə qoyub gedirdi. Hətta balaca Kənanını da. 
Bu arada telefon səsləndi. Aynur telefonu götürdü. Bu dəfə həmişəkindən fərqli olaraq Rafet deyil başqa bir ifaçının səsi gəlirdi.
Bu gece son, bir az sonra 
Bu kapıdan son kez, 
Çıkıp yine kendimi vuracağım yollara. 
Kim bilir kaç kere islanacak yüzüm. 
Elimi tut, düşman olma! 
Ne olur parça, parça olmasın içimiz! 
Mutlu ol, iyi bak kendine! 
Ne olur gözüm arkada kalmasın. 
Uzun uzun seneler var önünde. 
Gün gelir sevgilim, acıya alışırsın, 
Alışırsın... 
Aynur ah çəkdi. Eh Kənan, Kənan. Bu da onun sağollaşmağı və son mahnısı. Kaş ki, sən uşaq olmazdın. Bəlkə onda sənin bu sevginə qarşılıq verə bilərdim. Amma unudacaqsan Kənan, unudacaqsan. Səhəri gün atasıgil Aynuru aparmağa gəlmişdilər. O qonşu da yaxın insanlarla, ev sahibəsi ilə sağollaşmağa başladı. Aynur maşına minərkən Kənangilin qapısına baxdı. Kənan qapıda idi. Çəkinmədən, tərpənməden durub onlara tərəf baxırdı. Üzün də qəribə kədər var idi. Aynur ürəyin də: - sağ ol balaca dostum. Səni heç vaxt unutmayacam deyib gülümsəyərək maşına minir. Kənan isə onlar küçədə görünməz olana qədər dallarıyca baxır...
4 ay keçdi. Aynur artıq rayonda işə başlamışdı. Fəridə və Ləman isə hələ də o evdə qalırdılar. Aynur hərdən onlarla danışır, hal-əhval tuturdu. Kənanı soruşurdu. Qızlar Kənanın küçədə az-az göründüyünü deyirdilər. Daha futbol oyunlarında da əvvəl ki, kimi iştirak etmirdi. Aynur düşünür ki, yəqin Kənan daha universitetə hazırlaşmağa başlayıb vaxtı buna görə yoxdur. Qızlar deyirdilər ki, daha telefon zəngləri olmur. İlahə artıq ailə həyaı qurmuşdu İlkinlə. Hələ ki, ailə həyatı yaxşı gedirdi. Amma qaynanası gün işığı vermirdi qıza. Ancaq bundan narazılıq edirdi.
2 il keçdi. Artıq 2008 - ci il idi. 
Aynurun həyatından heç bir dəyişiklik yox idi. Yenə qəlbən tək idi. Artıq 23 yaşa çatmışdı. Elçiləri çox olsa da hərəsini bir səbəblə geri çevirirdi. Nə gözlədiyini, kimi gözlədiyini özüdə bilmirdi. Sadəcə elçi namizədləri ürəyinə yatmır, buna görə rədd cavabı verdiyini deyirdi ailəsinə. 
Artıq ailəsi də Aynurun bu hərəkətlərinə irad tuturdular. Onun niyə belə kaprizli olmasını anlaya bilmirdilər. 
Aynur hərdən qızlarla danışırdı. İlahənin artıq 1 oğlu var idi. Həyatı yolun da gedirdi. Qaynanası ilə araları dəymişdi. Buna görə ayrı evdə yaşayırdılar.

P.S: Ardı var.

Müəllif: Aynur(M.R) 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri