Kimsəsiz uşaqlar

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 18 552
Səs ver:
(səs: 6)
Oğlumu yatırdarkən ona fərqli bir söz istədim dedim:
Yat ey könülümün şirin məramı
Susun qərib quşlar oxumayın susun
Yetimlər gözəli balam yatsın...'' Birdən uşaqları düşündüm. ..Bir laylay deyəni olmayan uşaqları. 
Bədbəxtliyindən kiçik barmağını dişləyən ya da qarınını sığallayan isti bir əli olmayan uşaqları. 
Terkedilmiş körpələri.... Anasız atasız böyüyən bir yadın gözlərində  isti baxışı gözləyən kiçik baxışları. ...Ana qoxusu bilməmiş balaları. ..Oğluma baxdım bir də. ..Her şeyin ən yaxşısını etməyə çalışarkən ona ən yaxşı yeməyiı verməyə çalışarkən bir zibil topasında işə yarayan iki loxma axtaran uşaqları. ...Başında bir termometr ilə otaq istiliyini nizamlama təlaşına düşmüşkən bir gizlidə yarı çılpaq istiləşməyə çalışan uşaqları. Sadəcə 5 aylıq olmasına baxmayaraq dükan açacaq qədər geyim oyuncaq vs sahibi oğuluma baxarkən bu uşaqları düşündüm...
  Hamımız gələcək adına qaçıb durarkən həyatda həmişə daha çoxunu istəyərik. ..Daha yaxşı bir ev, daha yaxşı bir avtomobil, daha çox paltar, daha çox texnologiya, daha çox gəzmək. ..Əlbette uşaqlarımız. ..Onlar üçün həmişə ən yaxşısı və həmişə daha çoxu. ...Halbuki bu uşaqlar üçün itirdiyimiz bir çox dəyər həyat deməkdir. ..Onlar içdən bir sarılış,isti bir gülüş özlərini etibar  edəcəkləri o bənzərsiz ailə mühiti  nədir bilmədən böyüyürlər... Sonra bizim uşaqlarımız böyüdüklərində onlara yalnız ağrıyan gözlərlə baxırlar... Bu uşaqların günahı isə ya ana - ataları tərəfindən tərk edilmək ya onları dəhşətli bir şəkildə itirməkdir... Niyə bir qanun yoxdur ki, hər kəs bir sahibsiz uşağa valideynlik etmək məcburiyyətindədir deyə. ..Ne olar yəni. ..Onların bizdən istədiyi pul deyil ki. ..Verə bilmərikmi bir az sevgi? . Qorxduqlarında mən yanındayam deyib sarıla bilmərikmi ? Acdırlarsa bir dilim çörək bir stəkan südümüzdəmi yox? Çoxmu əskiyi var da uşaqlarımızın paylaşa bilmirik onlarla?
 İndi isti evlərinizdə körpənizi qucağınıza alıb onunla oynayarkən, saçını oxşayarkən bunu düşünün. ..Bir yerlərdə mütləq ac və üşüyən, qorxmuş və tək bir uşaq var. Bu uşaqların inanın  ən çox sevgiyə ehtiyacı var. Zəhmət olmasa, daha çox uşaq əsirgəmə təşkilatlarını ziyarət edək.  Küçədəki uşaqlara sahib çıxaq. Uşaqlarımızı  onlarla görüşdürək. Mümkün olduğunca qoruyucu ailə olaq.
/Mənbə: Qadınlar.biz/

(səs: 6)
Şərhlər: 2
Baxılıb: 18 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri