İranda hicablı, Türkiyədə isə "kupalnikli" gəzən iran qızları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 911
Səs ver:
(səs: 3)

 

http://imgs.su/tmp/1314860037-656.jpg


Fars qızlarının Türkiyə sərgüzəştləri...

Türkiyədə ən arzuolunan qonaq rus qızları sayılır. Elə rus qızları üçün də Türkiyə ən ideal ölkələrdən sayılmalıdır. Çünki öz ölkələrində bir "butulka" araqla əldən-ələ düşən qızlar, burada özlərini kraliçalar kimi hiss edirlər. Bu da səbəbsiz deyil. Çünki Türk abilərimiz rus qızı görən kimi sözün əsl mənasında özlərini itirirlər. Amma "nataşaların" da kraliçalığı 50 qram içən kimi bitir və türk qardaşlarımız öz şirin "dilləri" ilə rusları yoldan çıxarırlar...

Lakin Antaliyada mənim diqqətimi rus gözəlçələri yox, İranda "hicablı", Türkiyədə isə "kupalnikli" gəzən fars gözəlləri çəkdi. Həmin qızları birləşdirən tək amil var idisə o da aşağıdakı cümlələr idi: "Əhmədinecata nifrət edirik. Bezmişik artıq bu rejimdən, biz də hamı kimi yaşamaq istəyirik. Biz heç kimdən əskik deyilik, bizi bu günə salan mövcud hakimiyyətdir".

Qaldığımız otelin sahibi fars olduğundan iranlıların Türkiyədə ən çox üz tutduğu məkan məhz bura idi. İrandan gələn xanımlar sanki qəfəsdən qaçmış şiri xatırladırdılar. Hamısı hazır vəziyyətdə idilər. Elə bil ki, Türkiyəyə İranda yığdıqları enerjini boşaltmağa gəlmişdilər. Maraqlıdır ki, eyni vəziyyət təkcə fars qızlarında yox, həm də bəylərində yaşanırdı. Tehran Tibb Universitetinin tələbəsi 24 yaşlı Məhəmmədin "podxod" etmədiyi rus qızı qalmamışdı. Ruslar da bu "qaqaş"la sözün əsl mənasında məzələnirdilər. Məhəmməd yaşadığı ölkə haqda danışandan sonra Sibirdən gələn Valentina şoka düşmüşdü. O sanki cəhənnəmə gedib yenidən Antaliyaya qayıdan insanı xatırladırdı. Uzun sözün qısası Məhəmmədin "nataşalardan" ən böyük qazancı aldığı MSN ünvanları olurdu.

Maraqlıdır ki, farsların sosial şəbəkələr xüsusən "Facebook" haqqında çox az məlumatları var. O da ki, yalnız adını eşidiblər. Valentina da Məhəmmədə "odnoklasniki" ünvanını vermişdi. İndi özünüz təsəvvür edin İran və "odnoklasniki." Türk demişkən "şakası bilə korkunc". Amma mənim ən çox diqqətimi cəlb edən məqam Məhəmmədin öz həmyerlilərinə yaxınlaşmaması oldu. Səbəbini soruşanda isə "günahdır olmaz" dedi. Məhəmmədin "günahdır olmaz" dediyi fars qızları isə günah qazanmaq üçün növbəyə düzülmüşdülər. İnsaf naminə deyim ki, 15 turist qızdan yalnız biri zahirən bizimkilərə oxşayanı oteldən kənara çıxmırdı. Bütün günü lobbidə təkbaşına gəzişirdi. Amma digərləri adət etmədikləri ampluada idilər. Səhər hovuz, günorta dəniz, axşam diskoteka, gecə isə içki və... Məhəmməd kimi türk oğlanları da farslara çox ehtiyyatlı davranırdılar. Bu da Əhmədinecatın həmyerlilərinin işini çətinləşdirirdi. Amma istənilən halda insan qarşısına məqsəd qoydusa ona hansı yolla olursa-olsun çatır. Bunlar da bu prinsiplə istirahət edirdilər. Və hər dəfə də "we hate Ahmedinejat" deməyi unutmurdular.

Tehrandan gələn Fərnaz evdə hər gün 3-4 saat diskoteka mahnıları oynadığını deyəndə heç təəcüblənmədim. Çünki 2-3 dəqiqə ərzində öz rəqsi ilə bütün diskoteka əhlinin diqqətini cəlb etməyi bacarmışdı. Fərnazın dediyinə görə, ölkəsinə spirtli içkilər gizli yolla İraqdan gətirilir. Atası da "avropadüşüncəli fars" olduğundan bu içkilərdən qızına da ikram edir. Elə bu səbəbdən idi ki, Farnaz rəfiqələrindən fərqli olaraq nə qədər içsə də İrandan gəldiyini unutmurdu amma bir nöqtəyə qədər...

Bir sözlə ayrı-ayrı mühitdə, cəmiyyətdə yaşasalar da Nataşalarla, Fərnazların heç bir fərqi yoxdu. Biri sadəcə olaraq istədiyi vaxt nataşalıq edir, o biri isə yalnız Antaliyaya gələndə, içki içəndə.

Və bir daha əmin oldum ki, insanı nə qədər sıxırsan sıx, nə qədər əzab verirsən ver, o azadlıq qazananda həmin sıxıntının, əzabın yüz qatını çıxarır.

 

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 12 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri