Sevgilinizin eks sevgilisi nə vaxt təhlükəli ola bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 082
Səs ver:
(səs: 2)
Sevgilinizin əvvəlki sevgilisi sizin münasibətlərinizə nə vaxt zərər verir? Əvvəlki sevgilinin bu 5 davranışına diqqət edin. 

Çoxları eks sevgili adı üzərində eks olduğu həqiqətini görməzdən gəlir və əvvəlki sevgililəri ilə bir səbəb tapıb münasibət qurmağa çalışırlar. Hər dəfə bir bahənə tapıb onların həyatına yapışmaq istəyirlər. Müasir mədəniyyətlər səviyyəsində davam edilən "dost qala bilmə” anlayışı, qarşılıqlı anlaşma daxilində qəbul edilə bilər ancaq qarşınızdakı insanın niyyəti düz deyilsə, bu modern hal və rəftarınız sizə zərər verə bilər. Ayıq olun!

Sevgilinizin əvvəlki sevgilisi bu davranış stilindən ən az birinə sahibdirsə, ehtiyatlı olmağın əsl vaxtıdır. 

Sevgilinizə istədiyi vaxt zəng edə bilirsə - Heç bir qadın əvvəlki sevgilisinə bayram-seyran deyilsə, hər dəqiqədə zəng etməz.

Özü dialoqlarında ikisinin sevgili olduğu zamanları cümlənin içində gözəl xatirə kimi danışırsa – "Sən həmişə belə idin…”, "Gözümə yaxşı görünmürsən, nəsə baş verib?”  kimi cümlələr "Yenidən birlikdə olaq” cümləsindən başqa heç bir şey deyil. 

Yanınızda həmişə ikisinin ortaq tanışlarından danışıb sizi söhbət kənarlaşdırmaq istəyirsə -Gözə soxulan keçmiş, gələcəyə soxulmağa çalışan çomaqdır. 

Sizə yaxın davranıb, sevgilinizə məsafəli durub bu rəftarı xüxusən də gözünüzə soxursa – Buna inanmayın, dostlar. Əxlaq basqısı altında edilən, təbii olmayan hər davranışın arxasında 3 qədəhdən sonra verdiyi sözlər unudulur. 

Sizdən ayrı görüşdükləri ehtimalı varsa - Burada məsələ qəlizləşir. Təəssüf ki, məsələni mübahisəsiz həll etmək mümkün deyil. Şansınız çox azdır… Belə hadisələr münasibətləri lazımsız yerə yorur. Ən çox da sizi incidə bilər. Rəqabət qaynar yeyilən yeməkdir, ağzınızı və dilinizi yandıra bilər. Siz modern münasibətlərə uymayın və eks sevgilinin dostluq münasibətlərinə inanmayın. 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri