Yayda rahat yatmağın sirrləri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 274
Səs ver:
(səs: 2)
İstilənən havalarla birlikdə rahat və sağlam yuxunun keyfiyyətinin də düşdüyünü ifadə edən mütəxəssislər, bu isti yay gecələrində sərin bir yuxu üçün edilməsi lazım olanları izah edir.

- Gecə yatarkən, sabahısı gün ediləcək işləri düşünməyin. Problemləriniz olsa belə bunları gecə çox qurdalamayın.

 

- İdman edin (amma yatmadan iki saat əvvəl deyil). Balanslı qidalanın. Çay və qəhvəni azaldın.

- Yatağa yatdığınızda boyunuzu da dəstəkləyən bir yastıq istifadə edin. Mümkünsə əlinizin və qolunuzun üzərinə yataraq yatmayın. Üzüstə baş yana dönmüş yatmaqdan da qaçın.

- Əgər gün içində çox kafeinli içki qəbul etmisinizsə, çörək   kimi karbonhidratlı qidalar alaraq kafeninin təsirlərini azaldın.

- Küçə səs-küyünü maneə törətmək, səsli cihazları yataq otağından çıxarmaq, çarə ola bilər.

 

- Yuxu saatlarımızı və müddətini bilmək və bunlara uyğun saatlarda yatıb qalxmaq, sağlam bir yuxunun ilk şərtidir.

- Yatmadan hamısını bağlayın, pərdələri çəkin. İşıq yuxuya mane olar. Elektronik cihazlar, hətta gecə lampası da istiliyi artırar.

- Mütəxəssislərə görə yataq ən az 180x240 sm ölçülərində olmalıdr.

 

- Bəzilərimizin yataqda yemək yemə, televizora baxmaq kimi vərdişləri vardır. Ancaq, yataq yalnız yatmaq üçün istifadə edilməlidir. Yatmadan əvvəl zehini yormayan kitablar oxuna bilər.

 Yatmağa yaxın spirtli içkidən qaçın.

 

- Uyğun böyüklük və gücdə kondisioner  alın. Kondisioneri xarici mühitdəki istiliyin ən çox 5-6 dərəcə altına görə nizamlayın.

- Tərləmə, su və elektrolit itkisinə gətirib çıxarar. İstidə sərinləmək üçün bol su için. Gündəlik ehtiyac 1.5 litr.

 

- Yatmadan əvvəl (ən çox 37 dərəcədə) alınacaq ilıq bir duş yatmağa kömək edər. Duşdan sonra saçınızı yaş buraxmaq da faydalı olacadır.

- Gündüzləri yatmayın. Və nə qədər yatsanız yatın, səhərlər müəyyən bir saatda qalxma vərdişi əldə edin.

- Yuxunuz gəlmədən əsla yatağa getməyin. Yata bilmədikcə insan hövsələdən çıxar.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri