Böyüklər üçün ana südü - Fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 047
Səs ver:
(səs: 0)
Britaniyada çıxan "The Daily Telegraph” qəzeti tükürpədən bir xəbər yayıb.Heç demə, Çində yeni bir dəb meydana gəlib.Əsasən yeni varlılar ana südü içmək üçün evlərində xüsusi dayə saxlayırlar.

BAŞINA HAVA GƏLMİŞ KAPİTALİZM

Hətta açıq-saçıq Britaniya qəzeti də bunu "başına hava gəlmiş kapitalizm” adlandırır.İlk dəfə "South China Monitor Post” qəzetində verilmiş xəbərdə deyilir ki, böyüklər südü birbaşa "mənbədən” içə bilərlər. Lakin "utananlar” üçün dayə sağım cihazı işlədir.

Çin qəzeti bu işlə məşğul olan "Xinxinyu Household Service” şirkətinin sahibi Lin Junla müsahibə verib.O deyir ki, indi ana südünü daha çox yeni varlılar və səhhəti zəif olanlar içirlər. Lin Jun bildirir ki, könlündən təzə süd keçənlər evlərində "südlü dayələr” saxlayırlar.Üzdəniraq şirkətin sahibi bildirir ki, dayələr narazı qalmırlar, çünki qiymətlər çox yaxşıdır.

FAHİŞƏLİK QƏDƏR MƏNƏVİYYATSIZ

"The Daily Telegraph” qəzetinin müxbiri bu xəbəri "müdhiş” adlandırır. O yazır ki, bir böyük insanın başqa böyük bir insanı əmizdirməsi fahişəlik qədər mənəviyyatsız əməldir.

Müxbir həmçinin yazır ki, Çinin qatı kommunist ölkəsindən ən utanmaz və abırsız kapitalist ölkəsinə çevrilməsi heyrətamizdir.İngilis müxbir daha sonra yazır: "Əgər Çin oliqarxları öz xalqına sağmal inək kimi baxırlarsa, bu mənəviyyatsız kapitalizmin qurtaran yeridir”.

Təbii ki, bu xəbərdən mən də dəhşətə gəlmişəm.Düzünü deyim ki, bu məqaləni yazmağı heç planlaşdırmırdım da…Elə şeylər var ki, insan onları bilməsə yaxşıdır.Lakin elə bu məqamda qəzetlərdə gözümə başqa bir xəbər sataşdı.

BƏBƏ QU-QU DONDURMASI

Mən 20 ildir ki, İngiltərədə yaşayıram və ən çox hava temperaturunun 23 dərəcədən yuxarı olmasına nifrət edirəm.Çünki bu temperaturdan yuxarı burda bir çoxlarının başına bir az hava gəlir. Bəzi kişilər və qadınlar demək olar ki, lüt-madərzad ictimai parklarda uzanıb özlərini günə verirlər.
Onları başa düşmək olar. Şimal qütbünün qulağının dibində yerləşən ölkənin adamları ildə bir neçə gün Günəş paylarını ala bilərlər.Həkimlər də belə məsləhət görürlər. Günəş şüaları insana D vitamini verir. Bu vitaminin çatışmazlığı ən müxtəlif ruhi xəstəliklərə, depressiyalara və hətta intiharlara yol açır.
Nə isə…bütün bunlara dözmək olar yox, dözmək lazımdır. Gəmidə oturub gəmiçiyə yol göstərməyəcəksən ki…İndi də gələk oxuduğum xəbərə. Bu xəbərdən mənə bəlli oldu ki, kapitalizmin başına təkcə Çində yox, elə Qərbdə də hava gələ bilər. İllah da isti havada.

Britaniyada iyul ayı rəsmən "Dondurma ayı”dır. Məxsusi kafelərdə ən ağlasığımaz reseptlərlə hazırlanmış dondurma yeyə bilərsiniz. İstiotlusundan tutmuş sarımsaqlısına qədər.
Lakin ən maraqlısını Londonun mərkəzindəki Kovent Qarden deyilən yerdə verirlər. Bizim Torqovı kimi bir yerdir.Buradakı "İcecreamists” (Dondurmaçılar) kafesində "Bəbə Qu-Qu” dondurması sifariş etmək olar.Yanılmamasınız "Bəbə Qu-Qu” bəbələrin boğazından kəsilən ana südündən hazırlanır. Bir porsiyası 14 funt sterlinqə.

Siz də deyirsiniz Çin elə gəldi, kapitalizm belə getdi//Publika
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri