Tələbə qız baldırına şəkillər çəkdi, məşhurlaşdı FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 11 876
Səs ver:
(səs: 2)

Amerikalı tələbə mühazirə və seminarlarda oturanda darıxırdı. O, başını qatmaq üçün baldırına şəkillər çəkməyə, sonra da həmin şəkillərin fotolarını çəkib sosial şəbəkələrdəki profillərində yerləşdirməyə başlayıb.
 
2011-ci ildə başlanmış bu "macəra" indi həmin tələbə qızı çox məşhurlaşdırıb.
 
ABŞ-ın Massaçusets ştatındakı Emerson Universitetində oxuyan tələbə Cudi Stilin baldırlarındakı şəkillərin fotolarından ibarət sərgi də hazırlanır. Tələbə qızın müəllimləri də artıq onun mühazirələrdə şəkillər çəkməsinə mane olmurlar.
 
"Professorlardan biri xahiş etdi ki, yeni kitabına illüstrasiyalar hazırlayım. Sənətimi bəyəndilər. Amma bütün mühazirələrdə oturub şəkil çəkməklə vaxt keçirmək niyyətində deyiləm. Bu, bir əyləncədir. Əsas məsələ təhsilimdir", - Cudi Stil bildirib.


 

 

 

 


 © İstifadə edilərkənQadinlar.Bizsaytına istinad olunmalıdı!

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 11 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri