Yaxşı və pis insan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 820
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1316333884-656.jpg

Bilirəm çoxunuz yaxşı insansız,amma buna baxmayaraq çox zaman həyatda qalib pis yolun sahibləri olur... Bir çox pis,hətta alçaq insanlar tanıdım,amma heç yaxşılara dəyər verən onlarda insanlıq görmədim...Heç birində belə qorxaq bir ruh halına rastlamadım...heç vaxt yaxşılara əl tutduğunu görmədim...amma xain gözlərin hər anında baxdığını,fürsət axtardığını gördüm və hiss etdim....


Bir yaxşı insanın pisə sən pis şəxssən deməsi belə onun üçün ağır hal kimi gəlir. Çünki yaxşı insan utanma halına məxsusdur....amma buna baxmayaraq pislər isə saxtakarlıq, oğruluq kimi qabiliyyətləri üzərində daşımaqdadır...amma onların yerinə utanan və sıxılan hər anında yaxşı insan olur.Şeytan belə bəzən yorulur pislik etməkdən,amma insan övladı heç vaxt bu niyyətlə atılan addımlardan yorulmur... amma bir şeyi dəqiq billirəm ki,gözəl geyimləri, zinətləri,şəxsi maşınları və mühafizəçiləri olan insanlar var ki,amma ruhları şeytan ruhudur. Pisin həmişə hədəfi yaxşı insanda olan utanma ruhu olub...


Bu hiss yaxşını həmişə zəif göstərir ki,bu da çox zaman yaxşının susmasına gətirib çıxarır... Halbuki elə qərarlı çıxmışdır ki pisin qarşısına,hər şeyi bir-bir inkaredilməz dərəcədə söyləyəcəkdir. .. Amma olmaz...deyə bilməzdir...çünki o bunu özünə sıxışdıra biləcək qədər güclü deyildir...Çünki yaxşılar qorxaqdır...
Çünki yaxşılar hər kəsə acıyır,ən çox da öz hallarına yazıqları gəlir... Tarix boyunca yaxşılar qalib gəlməsələr də, həmişə ayaqda durmağı bacarırlar.Həmişə yaxşının ətrafında dolanan şeytan isə onu yoldan çıxartmağa çalışır...pisə gəldikdə isə o elə pis əməllərini davam etdirir,ona şeytan belə kömək etməyə çalışmır...


Amma yaxşılar siz yaxşılıq əməllərinizə davam edin, çünki pislərin sizə ehtiyacı var....!

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 4 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri