Qısa ama marağlı hekaye

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 56 243
Səs ver:
(səs: 19)
Universitetlərin birinin kitabxanasında oğlan qızın stoluna yaxınlaşaraq astaca sual verir:"Yanınızda əyləşə bilərəm?"
Qız yüksək səslə cavab verir: "Gecəmi sizinlə bərbad etmək istəmərəm!.."
Qızın sözlərini hər kəs eşidib, başlarını qaldırıb, diqqətlə ayaq üstə duran oğlana baxırlar. Oğlan çox utanır və heç nə demədən təəccüblü formada öz stoluna qayıdır. Bir neçə dəqiqə sonra qız yerindən qalxır və oğlanın stoluna yaxınlaşaraq ona astaca deyir: " Mən psixologiya oxuyuram, bayaq təəccüblənən bir oğlanın necə reaksiya verəcəyini öyrənmək istəmişdim, bu arada sizi də utandırmış oldum, bağışlayın''
Bu dəfə oğlan yüksək səslə cavab verir: "Bir gecəyə200 dollar? Çox puldur axı!"
Oğlanın dediklərini hər kəs eşidir, bu dəfə isə ayaq üstə duran qıza baxırlar. Oğlan şoka düşən qıza yaxınlaşıb qulağına astaca fısıldayır: "Mən də hüquqda oxuyuram, kənardakılara birini günahkar kimi necə göstərə bilərəm onu öyrənmək istəyirdim, bağışlayın.''
(səs: 19)
Şərhlər: 10
Baxılıb: 56 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri