Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 885
Səs ver:
(səs: 1)

 

1. Tərəf müqabiliniz tələblərinizə əvvəlkindən dahamı həssasdır?
Bu, günahkarlıq duyğusunu basdırmaqdan qaynaqlana bilər. Həddindən artıq həssaslıq, başqa bir münasibətin yeni başladığının göstəricisi ola bilər.

2. Tərəf müqabiliniz sizə tez-tez hədiyyələr almağa başlaya bilər. Həm də sizin ondakı bu dəyişikliyi aldatmağa yozmamağınız və özünüzü daha yaxşı hiss etməyiniz üçün də əlavə səy sərf edər.

3. Normal halda vərdişlərini dəyişdirməkdən heç də xoşu gəlməyən kişi yoldaşınız, birdən fərqli hobbilərlə məşğul olmağa başladısa, siz də şübhələnməyə başlaya bilərsiniz.

4. Tərəf müqabiliniz müxtəlif bəhanələrlə dava çıxarmağa başlaya bilər. Çünki aldadan kişilərin 90 faizinin romantik xaos hissi yaşadığı və reaksiyalarına hakim ola bilmədiyi müşahidə edilib. Bu vəziyyət sizin ondan uzaqlaşmanıza, hətta xəyanət mövzusu heç açılmadan ayrılmağınıza səbəb ola bilər.

5. Bəzi cütlər "Bir gün münasibətimiz bitsə” kimi mövzuları danışmaqdan ötrü ölərlər. Əgər partnyorunuz bu mövzulardan danışmağa başladısa, böyük ehtimalla ayrılıq sonrasında nə kimi reaksiyalar verəcəyinizi ölçüb-biçir. Əgər sualı çox sadə bir cavab verməklə boş verdinizsə, ola bilər ki, siz yaxında xəyanətlə üzləşəcəksiniz.
6. Partnyorunuz davamlı depressiv görünə bilər. Xüsusilə bunu siz yaxınında olarkən edə bilər, ancaq sizin ortalarda görünmədiyiniz vaxtlarda yoldaşlarıyla gəzib əylənər. Bunu fərqinə varmasanız, yaxın dövrdə ayrılmanız, ya da aldadılmanız qaçınılmazdır.

7. Münasibətlərinizdə ünsiyyət və fəaliyyət azalıbsa, münasibətinizi itirmisiniz deməkdir. İlk etməniz lazım olan şey bir-birinizlə ünsiyyət qurmağa çalışmaqdır. Vəziyyəti düzəldə bilmirsinizsə, ayrılmağınız xəyanətə uğramaqdan daha yaxşıdır.

8. Musiqi vərdişlərini dəyişdirən partnyorunuzun hərəkətlərini izləyin. "Nifrət edərəm” dediyi musiqiləri dinləməyə başladısa, böyük ehtimalla yeni bir münasibət qapıdadır. Çünki əldə etməyə çalışdığı insan bu cür musiqinin yaxın təqibçisidir.

9. Tərəf müqabiliniz birdən özünü bəyənməyə başlayıb. Bu yeni bir münasibətə girdiyini deyil, sizin ona layiq olamadığınızı göstərər! Özünü həddindən artıq bəyənən və sizi alçaltmağa başlayan partnyorunuz, istəklərini qarşılayacaq adamı tapdığında dərhal ortadan yox olacaq!

10. Tərəf müqabiliniz sizi, ya da münasibətlərinizi başqalarıyla müqayisə etməyə başladısa, vəziyyət pisə gedir deməkdir. Bu vəziyyət onunla daha çox maraqlanmağınızı tələb edir. Bunu hiss etdirməsəniz, bu an sizə xəyanət etməkdə də ola bilər. Unutmayın ki, gözü sizdən başqasını görməyən insan müqayisə etməz!

11. Tərəf müqabiliniz özü ilə başqalarını müqayisə edib "Hansımız daha yaraşıqlıyıq?”, "Hansımız daha cazibədarıq?” kimi suallar soruşsa, sizdən sıxılmağa başlayıb və sizə olan marağını itirib deməkdir.

12. Tərəf müqabiliniz sizin hər etirazınızda özünü dərhal müdafiə etməyə keçə bilər. Bunu mərhəmətsizcə və sizə zərər verərək də edə bilər.

13. Tərəf müqabiliniz sizə maraq göstərməməyə başlaya bilər. Evə gec gəlmələr, evdəki qaydaları pozmaq və (varsa) uşaqlara laqeyd münasibət də, xəyanətin ən böyük göstəriciləridir.

14. Tərəf müqabiliniz yatarkən tez-tez pis yuxu görür, yuxusuz qalır, ya da əvvəllər olduğu kimi yanınızda yatmır.

15. Tərəf müqabiliniz xarici görünüşünüzlə bağlı komplimentlər deməyi tərgidər.

16. Bir tərəfli "Səni sevirəm”lər başlayar, ya da bu cümlə ortadan qalxar.

17. Tərəf müqabilinizin ona bir yaxşılıq, ya da sürpriz etdiyiniz anda özünü günahkar kimi hiss etməsi, sizə olan marağını itirdiyini, amma sizin ona olan marağınıza də dözə bilmədiyini göstərər.

18. Tərəf müqabilinizin sizi aldatdığına adınız qədər əminsiniz, amma dəlil tapa bilmirsiniz. Dəlilləri yox edirsə, qayıdışı mümkün olmayan bir yoldadır və həm də sizi də itirmək istəmir deməkdir.

19. Tərəf müqabiliniz birdən yoldaşlarıyla daha çox zaman keçirməyə başlayar.

20. Tərəf müqabiliniz münasibətinizin gələcəyi haqqında danışmamağa sanki and içib… Demək ki, ya sizi gələcək planına daxil etmir, ya da sizin də içində olduğunuz gələcək plana isti baxmır.

21. Sizə daha şəfqətlə davranmır.

22. Tərəf müqabiliniz sizinlə maraqlanmaqdansa, kitab oxumağa və televiziya izləməyə üstünlük verir.

23. Tərəf müqabiliniz sizinlə cinsi əlaqə qura bilməməsinin səbəbi kimi yoldaşları ilə problemlərini, qonşularıyla problemlərini, dərslərini, iş yerindəki iş yoldaşlarını qarşıya qoyursa, arxanıza baxmadan qaçın. Onsuz da seçim sizdə olmayıb!

24. Tərəf müqabiliniz zaman keçdikcə dəxlisiz yerə sizi incidəcək sözlər deməyə, yalnız ona komik gələn zarafatlar etməyə başlayıb…

25. Aranıza romantik məsafə qoyan tərəf müqabiliniz, vəziyyəti siz sorğuladıqca özünün də şəxsi həyatı olduğunu və buna hörmət göstərməniz lazım olduğunu söyləyir. Sizi aldatması qaçılmaz olduğu kimi, mənasız bir dava sonrasında ayrılmağınız da mütləqdir.

26. Tərəf müqabiliniz yuxusunda başqa qadın, kişi adları sayıqlayır…

27. Səhər yerinizdən qalxanda tərəf müqabiliniz narahat olur, ətrafa mənasızca baxır və bir müddət danışmırsa, bilin ki, hansı otaqda oyandığını anlamağa çalışır! Nə də olsa bu anasının, sizin ya da digərinin otağı ola bilər. Tək dərdi harada olduğunu yaxşıca anlamaqdır.

28. Tərəf müqabilinizin həddindən artıq sərt rəftarı yoldaşlarınızın belə diqqətini çəkir və tez-tez "Problem nədir?” deyə soruşurlar. Onların reaksiyalarına ciddi fikir evrin. Yaxın yoldaşlar və ailə üzvləri münasibətlərinizə sizdən daha obyektiv qiymət verə bilərlər.

29. Sizin davamlı təkrarladığınız sualları, son dövrdə səhv anlamağa və "Məni idarəmi edirsən?” deyə reaksiya verməyə başladı…

30. Tərəf müqabiliniz qapıları bağlamağa başladısa, siz də qara-qara düşünməyə başlaya bilərsiniz. Aralarında cinsi maraq olan və ortaq həyatı paylaşan insanlar, münasibətlərində qapını bağlamazlar. Qapı simvoldur və üzünüzə bağlanması da partnyorunuzun sərhədlərindən çıxmanız lazım olduğuna işarədir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri