Yarıçılpaq gəlinlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 308
Səs ver:
(səs: 2)

Hər bir xalq kimi, azərbaycanlıların da özünəməxsus toy mədəniyyəti var. Amma son vaxtlar unudulan milli xüsusiyyətlərimiz və adətlərimiz sırasına gəlinlik paltarlarını da aid etmək olar.

Bəzən gəlinlik seçərkən qızlar ən çox açıq-saçıq geyimlərə üstünlük verirlər. Elə hallar olur ki, toya gələn qonaqlar gəlinlik libasında əyləşən qıza tərəf baxmağa utanırlar. Toylarımızda geyimləri ilə bütün qonaqların diqqətində olmağı bacaran gəlinlərdən söhbət açılacaq. Ekspertlər: "Adət-ənənələrdə həm forma, həm də məzmun olmalıdır. Amma məzmun daha önəmlidir. Dünyagörüş, milli-mənəvi dəyərlərə hörmət olduqdan sonra övladlarımız öz geyimlərinə də, davranışlarına da fikir verəcək. Bu gün toylarımızda qızların geydiyi gəlinliklər daha çox diqqət çəkir. Onlar düşünmürlər ki, bu mərasimdə onlarla yanaşı valideynləri və ağsaqqallar oturublar. Ən azından bu milli mentalitetimizə uyğun deyil. Açıq-saçıq gəlinliklər qızlarımızı gözəl göstərə bilər, amma bu onların hamı tərəfindən bəyənildiyinə dəlalət etmir. Eyni zamanda, oğlanda qızı başa salmalıdır ki, belə gəlinlik bizim üçün xoş görünə bilər, amma bura gələn insanlarda nəzərə alınmalıdır. Həm də bu onların bir növ ailə tərbiyəsini göstərir. Mən toylarda belə gəlinləri görəndə deyirəm ki, "buna bax ey, ayıb deyil yaxasını-başını açıb qoyub çölə”. Amma bəzilər var ki, bunu çox normal qarşılayır”. Etnoqraf: "Nişan üzüyü, duvaq, kəmər gəlin libasının mühüm atributları olub, minilliklər boyu xalqın mənəvi rəmzlərini ifadə etmiş, xalqın əxlaqi və mənəvi dəyərlərini özündə əks etdirib. Gəlin hər zaman paklıq simvolu olub. Toy zamanı bütün nəzər-diqqət gəlinin üzərində olduğu üçün onu hər zaman bədnəzərdən qorumağa çalışardılar. Azərbaycanda gəlinin duvağı od, günəş rəmzi sayılan al qırmızı rəngdə olmalı idi. Xalq inamına görə, bu rəng od-alov, günəş rəmzi olaraq, bütün şər qüvvələri insandan uzaqlaşdıran, zərərsizləşdirən, qoruyucu bir vasitə idi. Həmçinin gəlinin belinə qırmızı qurşaq və ya gümüş kəmər bağlanması da bu ənənənin izləridir. Xalqın inamına görə gümüş də şər qüvvələri dəf etmək gücünə sahibdir”. Etnoqraf onu da bildirdi ki, qloballaşma şəraitində adət və ənənələr tədricən unudulmağa başlasa da, xalqımızın mənəvi dünyasının mühüm bir parçası olan toy ənənələrinin qorunub saxlanması zəruridir. Çünki bu adətlərimiz xalqımızın mənəvi kimliyini əks etdirir. Bu baxımdan toy ənənələrimizin bayağılaşdırılmasına yol verilməməlidir. Əgər gənclər öz birgə həyatını xalqımızın qədim ənənəsi olan toy mərasimi ilə başlamaq istəyirlərsə, düşünürəm ki, bu ənənəni bütün qayda-qanunlarına riayət etməlidirlər. Şairə: "Bəzi qızlar toy ərəfəsində sadəcə geyinəcəyi gəlinliyi düşünür. Amma mən deyərdim ki, onlar buna o qədərdə vaxt ayırmamalıdırlar. Hansı gəlinlikdə özlərini daha rahat hiss edirlərsə, onu da seçib geyinməlidirlər. Bu çox açıq və ya çox qapalı bir gəlinlikdə ola bilər. O demək deyil ki, gəlin mütləq örtülü və ya açıq geyməlidir. Mən uşaqlıqdan geyinəcəyim gəlinliyi gözümün önünə gətirərək, toyumda da belə bir gəlinlik geyməyi xəyal edirdim. Və bu istəyimi də reallaşdırdım. Məncə qızlar toyda kim nə deyər, mənim haqqımda necə düşünər fikrindən uzaqlaşıb öz istədiyi və rahat ola biləcəyi gəlinliyi geyməlidir. Çünki toy hər bir gəncin arzuladığı çox özəl bir gündür. Bu gündə heç kimin onların şəxsi fikirlərinə müdaxilə etməyini istəməzdim. Onu da deyim ki, hər zaman dəli-dolu olmuş, xaraktercə rahat olan bir insan camaata görə qapalı geyinib ora çıxacaqsa bu da gülünc görünəcək. Hər şey təbii olmalıdır, bu ömrümüzdə bir dəfə olursa ürəyimizdən keçəni etməliyik. Toy insanın ən xoşbəxt günüdür bu zaman heç kimi düşünməmək lazımdı. Mənə elə gəlir ki, valideynlərdə bu özəl günlərində onlara müdaxilə etməsə daha yaxşı olar. Kim nə deyər, nə fikirləşər düşüncəsindən uzaq olub sevdiyinlə bu gözəl günün sevincini paylaşmalısan”.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 12 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri