Anaların ən yaxşı bildiyi bunlardır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 433
Səs ver:
(səs: 4)
Analıq genləmi ötürülür, yoxsa gizli təlimlərmi keçirlər? Necə olur ki, bir-birilərinə bu qədər oxşayırlar? Bəzi şeylər var ki, doğrudan da onu analardan yaxşı bacaran olmur.
Qadinlar"Biz anaların ən yaxşı bildiyi 10 şeyi təqdim edir:

Dostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız "usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: "Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin tərifin ondan götürəsən?” deməsi əsl fəlakətdir.

Analar "axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. "Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub "5 dəqiqə də yatım, duracam”, - deyib yenidən yatacaqsınız. Bircə ananıza "Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala bilirlər.

"O lazım idi axı mənə…”
O dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.

Meyvə doğramaq
Məsələn, şaftalını soymaq istəsəniz meyvənin yarısı qabığında gedəcək. Ancaq analar bunu elə səliqəli şəkildə edirlər ki, insan oturub tamaşa etmək istəyir.

Dinləməkdən yorulmazlar
Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız dərdinizi dinləməkdən heç vaxt bezməz. Düzdü, məsləhətləri bizə uyğun olmur, amma hərdən yerinə düşənləri də eşidirik.

Təmizkarlıq xəstəliyi
Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da, analarımızın gözündə həmişə "səliqəsiz” oluruq. Evə, otağa girən kimi təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq bilməzlər.

Ana, qutardı!
İndi boynunuza almasanız da, uşaq vaxtı hamı kimi siz də tualetdən "ana, qutardı!”,- deyə səslənmisiniz. Deyin, anadan başqa kim edər bunu?

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri