Bunları bilmək maraqlıdır

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 1544
Paylaş:
Səs ver:
(səs: 0)
Kompasın əqrəbi nə üçün şimalı göstərir?

Kompasın əqrəbi adi maqnitdən başqa bir şey deyil. Bildiyiniz kimi hər bir maqnitin şimal və cənub adlı iki qütbü var. Maqnitin maraqlı xassələrindən biri eyni qütblərin bir-birini itələməsi, fərqli qütblərin isə bir-birini cəzb etməsidir. Yəni, əgər maqniti qarşı-qarşıya qoysaq, onların eyni adlı qütbləri bir-birini itələyəcək, müxtəlif adlı qütbləri isə bir-birini cəzb edəcək. Yer kürəsinin şimal və cənub maqnit sahəsi isə coğrafi olaraq müəyyən edilən şimal və cənub qütblərinə yaxındır. Kompasın ilk nümunələrinin eradan 200 il əvvəl Çində hazırlandığı ehtimal edilir. Bu ilk kompasların əqrəblərini maqnit xüsusiyyətinə malik daşlar əvəz edirdi. Maqnitləşmiş əqrəblərdən istifadə edilən kompaslar da ilk dəfə VII əsrdə Çində hazırlanmışdır. X əsrdən etibarən isə kompaslardan bütün dünyada istifadə olunmağa başlanmışdır. 

Heyvanlar da yuxu görürlərmi?

Aparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa yatarkən onların gözlərində, ağızlarında yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif "vizual informasiyalardan" meydana gələn yuxular görürlər. Bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün hüyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə sabit bədən temperaturu ilə (istiqanlılıqla) bağlı olaraq əlaqələndirilir.

"At gücü" nədir?

Traktorun və ya maşının gücünü göstərmək üçün "at gücü" ifadəsindən istifadə edirlər. Bu sözü artıq çoxumuz eşitmişik, amma o sözün haradan gəldiyini çoxumuz bilmirik. Lap qədimlərdə insanların yeganə köməkçisi atlar idilər. Atlar insani aparır, yük daşıyır və yer şumlayırdılar. belə çıxırdı ki, insana tək "at gücü" kömək edir. Nə vaxt ki, maşınlar işıq üzü gördülər onlar atdan qat-qat çox iş görməyə başladılar. Dünyada hər şeyin ölçü vahidi var: vaxt-saniyə, çəki-milliqram, qram, məsafə-santimetr,metr və s. hesablanır. Beləliklə,maşınların da işgörmə qabiliyyətini "at gücü" ilə ölçməyə başladılar.

Saatın əqrəbləri niyə soldan sağa doğru hərəkət edir?

Qədim misirlilər günəşin hərəkətindən istifadə edərək ilk "günəş" saatını icad etdilər. Bunun üçün düz bir meydanda hündür bir daş qoydular və Günəşin kölgəsini izləməyə başladılar. Məlum oldu ki, Misir yerin cənub yarımkürəsində, həm də ekvatora yaxın bir yerdə yerləşdiyi üçün günəş doğanda kölgə tamailə qərbə doğru istiqamət götürür. Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edir. Günəş batanda isə kölgə şərqə doğru istiqamət alır. Bir sözlə, kölgə bu günkü saatların əqrəbləri kimi soldan sağa doğru hərəkət edir. Daha sonralar kəfkirli, mexaniki, batareyalı saatlar da da istiqamət dəyişmədi, hətta soldan sağa doğru baş verən bu hərəkət "saat əqrəbi istiqaməti" adını aldı.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1544
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv