Çox gec anladım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 138
Səs ver:
(səs: 2)
Yoruldum...
İtirməkdən və həmişə itirəcəyimi düşünməkdən. Sevdiyim şeylərin tək-tək əlimdən getməsindən və onları təkrar qazanmağa çalışmaqdan. Hər kəsin öz yerində olduğunu görüb xəyal qırıqlıqlarımın böyüməsindən, çarəsiz hiss etdiyim anlarda tək olduğumu dəfələrlə görməkdən, yenə də bitmədim deyib, yolumda getməyə çalışmaqdan...
Sevdiyim nə varsa məni tərk etməsindən, məğlub olmaqdan, öz hirsimdən, öz hirsimlə özümə zərər verməkdən. .Herşey yorur artıq məni. Pislərin qazandığını görməksə artıq çaşdırmır amma yenə də bir sarsıdır nə yalan söyləyim...
Mən yaxşı biriyəm və hər vaxt yaxşılar qazanar deyərək böyüdüm. Əldə etdiklərimlə kifayətlənməyi bildim. Amma həyat nə qəribəymiş. Nə qədər çətinmiş. Nə kələ-kötür bir yolmuş... İnsan həmişə təkmiş. İnsan bu yaşa gəldiyində anlayırmış, səmanın başqa bir rənginin də olduğunu, insan aynaya xarici bir gözlə baxırmış, gözlərin altında ki bənövşəyi halqalar yaşadıqlarını xatırladırmış
İndi baxıram da nə tez keçmiş o qədər il. Halbuki mənim daha yeni fərqinə vardıqlarım var. Məsələn mən heç yağışda keyiflə gəzməmişim. Hər zaman şikayət etmişəm islanmaqdan, hər zaman bir təlaşım varmış gedəcəyəim yerə yetişmək üçün. Halbuki çətiri bağlayıb getmək, yağışı yaşamaq nədə gözəlmiş... Hər zaman saçlarım pozulacaq deyə düşünmüşəm, çıxmamışam küləyə.. Halbuki burax dağılsın saçların. Küləyə yüzünü rahatca dön, hiss et içində və nəfəsin kəsilsin kiçik bi an. Hər zaman sevməyənlərin arxasından qaçmış, günümü yaşamamış onlar üçün ağlamış, məni sevənləri heç görməmişəm. İtirdiklərini insan nə qədər də gec anlayırmış.

Hər zaman özünüzü dünyanın mərkəzi sanaraq keçirirmisiniz illərinizi. Əslində bir baxıma da elə. Hər kəs öz dünyasının mərkəzində. Hər kəsin bir peyki var; amma dəyişən bir şey yox bu həyatda. Hər kəs bir başına və tək. Mərkəz siz olsanız nə olar ki ? Qarşınızda ki sizi elə görmürsə? İtirməkdən qorxmursa, sizi qiymətli edəcək heç bir şeyi görmür, sizi fərqli və xüsusi tapmır, sizi digərlərindən ayrı yerə qoymursa? Bu qədər tək və çaşmışkən, niyəhələ daha əhəmiyyətli olduğumuzu hiss etmək üçün məşğul oluruq ki? Bizik özümüzü əhəmiyyətli edən tək adam.. Biz özümüz üçün varıq və nə yaşasaq başqaları üçün deyil, özümüz üçün yaşayarıq. Bu günün kompensasiyası yox, o halda niyə bəziləri üçün bu günü heç edək? Sabah kimsə başqaları üçün itirdiyimiz günləri geri verməyəcək ki? O qədər təkik ki kimsə üçün ömürü çürütməyə, günləri gərəksiz yerə itirməyə, anı yaşamaq varkən kədərlənməyə və gözyaşı tökməyə gərək yoxmuş...
Çox gec anladım !
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri