Qadınlar üçün çox maraqlı kişi jestləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 091
Səs ver:
(səs: 0)

Qadınların bir çoxu yoldaşlarının kifayət qədər həssas olmadığından şikayətlənir. Halbuki kişilər tərəfindən edilən hər bir kiçik jestlər və sürprizlər qadınların ürəyini qazanmağa yetərlidir.


Bəzən heç düşünmədən etdiyiniz kiçik bir jest, sevgilinizin sizə daha da bağlanmasını təmin edə bilər.


Qadınlar.Biz bir-birindən maraqlı kişi jestlərini təqdim edir:

  • Həftənin tək istirahət gününü təbii ki alış-veriş etməyə ayırmaq istəmir. Amma rəfiqənizin ad günü üçün almaq istədiyiniz hədiyyəyə baxmaq üçün sizinlə bütün gün gəzər.
  • Uzun müddətli bir münasibətiniz var. Sizə arada sırada mesaj yazmasını, ya da email göndərməsini istəyirsiniz. İşlərinin çox sıx olduğu bir dövrdə sizə romantik mesajlar atır.
  • Küçədə gedərkən əlinizi tutması təbii bir haldır. Amma kişilərin əksəriyyəti, xüsusilə də ətrafında kişi yoldaşları varsa sizdən uzaqlaşar və hər kəsə "maço” bir kişi olduğunu göstərər. Sevgiliniz heç kimə fikir vermədən sizin bunu istədiyinizi bildiyindən küçədə gedərkən əlinizi buraxmır.
Kiçik şeyləri sevənlər üçün bir neçə məsləhət
  • Evinizdəki güldanda mütləq təzə çiçəklər olsun. Beləcə həyat yoldaşınız ya da sevgiliniz evə çiçəklə gəlməyi vərdiş halına gətirə bilər.
  • Həyat yoldaşınız əl-ələ tutmağı sevməyə və ya da ağılına gəlməyə bilər. Amma çölə çıxdığınızda əlini tutarsınızsa sizin bundan xoşlandığınızı düşünüb əlinizi tutmağa başlaya bilər bəlkə də.
  • Arada bir onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Amma bunu edərkən qarşılıq gözləməyin, içinizdən gəldiyi üçün edin.
  • Sevgiliniz televizora baxarkən ya da yatarkən barmaqlarınızı saçlarında gəzdirin, üzünü, çiyinlərini, əllərinə qollarına sevgi dolu toxunun.
  • Boyuna və başını öpün. Sevginizi çəkinmədən bildirin. Bu davranışlar onda da bənzər reaksiyalar oyada bilər.
Romantizm sizin üçün nə ifadə edir?

Kimilərinin romantik hesab etdiyini kimiləri çox klişə hesab edir. Yaxşı siz həyat yoldaşınızın ən çox nələrdən xoşlandığını bilirsinizmi? Sizin zövq aldığınız, ancaq yoldaşınıza axmaq görünən şeylər varsa bunları onunla danışmaqdan çəkinməyin. Bəlkə də sizə bahalı bir hədiyyə almaq yerinə, bir dəstə tər çiçək gətirsə daha çox xoşbəxt olacağınızın fərqində deyil.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri