Yeni ilə daxil olarkən pis düşüncələrdən uzaq dayanın

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 509
Səs ver:
(səs: 0)
Əvvəlki təcrübələr yeni hadisələri açıqlamaqda qeyri-kafi qalar. Təcrübələrinizi sizi kilidləyən ön mühakimələr halına gətirdiyinizdə yaxşı bir müəllim olan həyata qulaqlarınızı tıxamış olarsınız. Daha əvvəl əməyinizin boşa getdiyi müvəffəqiyyətsizlik hekayələri, yenidən sınadığınızda müvəffəqiyyətə çevrilə bilər. Həyata qarşı səbirli, öz qabiliyyətlərinizə qarşı inanclı olsanız, romantik baqajlarınızı kürəyinizdə daşımanız lazım deyil.
2014 ili, dəyişmənin özünü təsirli olaraq göstərəcəyi yeni bir il. Bu yeni zamanı qarşılayarkən bitməkdə olan ilin və əvvəlinin yüklərini buraxmaqda fayda var. Çünki yeni dövrün mövzuları fərqliləşəcək. Hər ikisi ilə birlikdə başa çıxmaq isə daha çətindir. Əvvəlcə xəstəlikləri nəzərdən keçirmənizi təklif edərəm. Bədənin təmirə ehtiyacı var. Hər cür yenilik içdən xaricə məna tapar. İçi təmizləyərək çölü təşkil edə bilərik.
Bir ili qiymətləndirərkən keçmişdən bu günə hansı mövzuları yoluna qoyub nələri  problem olaraq yanımızda daşıdığımızı təhlil etməmiz lazımdır. Uzun illərdir üzərinizdə daşıdığınız problemlər varsa bunlardan xilas olmanın zamanı gəldi. Həll edilə bilməyən mövzulara adabta olmaq yerinə müvəffəqiyyətlərinizi qeyd edin. Problem və həlli yan-yana iki hovuz kimi düşünün. Şikayət edirsinizsə problem hovuzunda üzürsünüz deməkdir. Daha yaxşını düşünürsünüzsə həll hovuzundasınız deməkdir.

Həyata qarşı məsuliyyətinizi alaraq irəliləmək xoşbəxtliyin açarıdır. Kimsəni günahlandırmadan "Bu günə qədər olan hər şeyi qəbul edirəm, olanların ruhi və ağılı seçkilərim olduğunu bilirəm. Seçkilərimdən ötəri özümü bağışlayıram. Seçkilərimə yoldaşlıq edən hər kəsi bağışlayıram və təşəkkür edirəm. Öyrəndim!" şəklində yaxınlaşsaq həll tərəfinə keçmiş olarıq.
Bir sonrakı yeni il üçün özünüzə bir məktub yazın. Yeni il üçün bütün niyyətlərinizi, planlarınızı və duyğularınızı kağıza töküb bir sonrakı il özünüzü qiymətləndirə bilmək üçün bir məktub hazırlayın. Hətta bunu bir qrup yoldaşla da edə bilərsiniz. Məktubun hərdənbir xatırladacaq bir yoldaşınızda qalması, sizi planların reallaşmasına doğru itələyə bilər. Yoldaşınız sizə məktubu qaytardığında, özünüzü çöldən bir gözlə qiymətləndirə bilərsiniz.
Sevinin. Yeni ilin hər yeni günündə özünüzə ən az 5 dəqiqəlik sevinc zamanları ayırın. Gülməli bir video izləmək, karikatura oxumaq, rəqs etmək, musiqi dinləmək, lətifə izah etmək kimi. Gündə 5 dəqiqəlik sevincin sizi necə dəyişdirdiyini yaşayaraq görün. 5 dəqiqə mənzərə izləmək həyatın axışını sizə xatırladacaq. Mənzərə hər vaxt dəniz, meşə ola bilməz. Var olduğunuz hər məkanın özünə xüsusi bir toxuması var. Onu hiss edin və yaşayın. İçində necə dayandığınıza baxın və sizi əyləndirəcək bir şeylər tapın.

/Mənbə:Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri