Ərəb əlifbasını öyrənək (Dərs 1)

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 74 561
Səs ver:
(səs: 29)
ƏRƏB ƏLİFBASI HAQQINDA 
 
ÜMUMİ MƏLUMAT
        Ərəb əlifbasında 28 hərf vardır.Ərəb əlifbasındakı hərflər yalnız samit səsləri bildirir.Sait səslər isə "hərəkə” adlanan xüsusi işarələrlə ifadə olunur. 
          Hər dildə olduğu kimi ərəb əlifbası hərflərinin özünəxax yazılışı,adı və tələffüzü vardır.
          Ərəb dilində oxumağı və yazmağı öyrənənlər ərəb hərflərinin düzgün yazılışına və tələffüzünə xüsusi diqqət yetirməlidirlər.
         Ərəb hərfləri bizim hərflərdən fərqli olaraq sağdan-sola yazılır və oxunur.Ərəb hərfləri böyük və kiçik hərflərə bölünmür. 
         Sözlər hərflərin birləşməsi ilə əmələ gəlir və ərəb hərfləri birləşərkən onun birləşən forması sərbəst formasından bir qədər fərqlənir.Buna görə də hərflərin təlimində hərfin həm sərbəst,həmdə birləşən forması göztərilmişdir. 
          Bu dilin müxtəlifliyindən biri odur ki, bəzən eyni samitlər 2, 3 və hətta 4 müxtəlif şəkildə yazılır.
 
ƏRƏB ƏLİFBASININ TƏLİMİ
 
1-ci hərf- " Əlif ”. Əlif hərfi 2 cür yazılır. Bu hərf özündən sonrakına birləşmir, o zaman müstəqil yazılır. Özündən əvvəlkinə isə ortada olan forması ilə birləşir.
Adı - ƏLİF 
Səsi- İşarə qoyulmadıqda heç bir səs vermir.
Tipi- 2 cürə yazılır 

Ərəb əlifbasını öyrənək (Dərs 1)

 

2-ci hərf- " Bə ”. Bə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Bə 
Səsi- B
Tipi- 4 cürə yazılır

 

3-cü hərf- " Tə ”. Tə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın 
Adı - Tə 
Səsi- T 
Tipi- 4 cürə yazılır

 

4-cü hərf- " Sə ”. Bə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Bu hərfi ifadə etmək üçün dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın 
Adı - Sə 
Səsi- pəltək S (dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.)
Tipi- 4 cürə yazılır 

 

 

HƏRF BİRLƏŞMƏLƏRİ

 

Keçdiyimiz hərflərin yazılış və tələffüz qaydaları


Mənbə : www.ehliwie-samux.tr.gg

(səs: 29)
Şərhlər: 7
Baxılıb: 74 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri