Dodaq silikonları haqda bilmədikləriniz...

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3922
Paylaş:
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1317713742-656.jpg

Dodaq silikonları haqda bilmədikləriniz...
Həcimli və gözəl dodaqlar hər bir dövrdə cazibədarlığın simvolu sayılıb. Elə buna görə də dodaqlarının həcmindən narazı olan xanımlar çox zaman silikonlara əl atırlar.

Dodaqlara silikon yerləşdirmək iki əsas metodla aparılır. Bunlardan biri lipofilinq-bədənin piyini dodağa qoymaq, ikincisi isə dodaqları gellə doldurmaqdır.

Dodağın lipofilinqi ümumi narkozla cərrah tərəfindən aparılır. Bu əməliyyatdan sonra hüceyrələr daha gec sağalır və uzun müddət dodaqlarda ağrı qalır.

İkinci metod olan gel üsulu daha ağrısız və rahatdır. Dodaqların gellə doldurulması kosmetoloq tərəfindən aparılır və nəticə 48 saatdan sonra bəlli olur.

Gellər 2 yerə bölünür:

1.Müddətli gellər.

Adətən belə gellər dodaqda bir il müddətində qaldıqdan sonra aktiv fermentlərin təsirindən sorulur. Bu cür gellər orqanizmə heç bir allergik reaksiya vermir.

2.Sorulmayan gellər

Sorulmayan gellər dodaqda 3 ildən 5 ilə qədər qalır. Bu cür gellərin tərkibi sintetik vasitələrdən ibarət olur. Orqanizmin sintetik vasitələrə allergik reaksiyasına isə tez-tez rast gəlinir. Bu səbəbdən müddətli gellərdən istifadə etmək daha çox məsləhət görülür.

Dodağın görünüşü və həcmi birbaşa gelin miqdarından və doldurulma texnikasından asılıdır.

Əziz xanımlar, xarici görünüşünüzü dəyişdirməzdən əvvəl bu barədə ətraflı düşünün.Çünki, dəyişikliyin uğursuz alınması böyük peşmançılığa səbəb olur. Necə deyərlər, "Sonrakı peşmançılıq fayda verməz".


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3922
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv