Güzgülər

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3863
Səs ver:
(səs: 3)
Güzgülərin tarixi çox qədimlərə gedib çıxır. İlk güzgüləri hələ qədim Şumerlər, Hindlilər və Misirlilər düzəldiblər. Əvvəllər güzgünü bürüncdən və gümüşdən düzəldirdilər. İlk şüşə güzgülər isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib.
İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.

Bəs güzgülərin sirri nədir?

Uzun illərdir ki, şamanlar, maqlar, cadugərlər güzgüdən istifadə edirlər. Onlar iddia edirlər ki, güzgüdə adi insanların görə bilmədiklərini görürlər. Qədim deyimlərə görə, güzgüdəki əkslə güzgüdə əks edilən arasında sirli əlaqə var. Güzgü insanın ruhunu və həyat gücünü saxlaya bilir. Hələ qədim dövrdə inanırdılar ki, güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür. Bir çox alimlər əmindirlər ki, güzgü görünməz enerji ilə əhatə edilib. Bəziləri müsbət enerji verir, bəziləri mənfi. Xüsusilə də "gözləri” qarşısında zorakılıq, qan, ölüm baş verən güzgülər mənfi enerji verirlər.
Qədim dövrlərdən insanlar inanırlar ki, qədim güzgülərdə onlara baxanların ruhları gizlidir. Deyilənə görə əgər güzgüyə pis adam baxıbsa və ya onun olduğu otaqda pis hadisələr baş veribsə onda güzgü də pis olur. Belə güzgüləri tanımaq asandır: onlar soyuqdurlar, onların qarşısında müqəddəs şamlar sönür. Ona görə də evdə köhnə güzgü saxlanmaması məsləhət görülür. Əgər belə bir güzgünün sahibisinizsə onda dualar oxumaqla və müxtəlif ayinlərlə güzgünü təmizləyə bilərsiniz. Bundan sonra isə güzgünün qarşısında ya şam yandırın ya da onu açıq günəş altına çıxarın.
Çoxlarımız şahidik ki, evdə kimsə öləndə güzgünün ya üzünü divara çevirirlər, ya da üzərini örtürlər. Bu ayin də qədim əfsanələrlə bağlıdır. Əvvəllər hesab edilirdi ki, açıq güzgüdən ölü şəxs evdəki kimisə də özü ilə apara bilər. Və ya ölünün həyat eşqi çox olsa o güzgüdə məskunlaşıb ev sakinlərini narahat edə bilər. Güzgünü sındırmaq da yaxşı əlamət hesab edilmir. Deyilənə görə, güzgünü sındırsan bu sənə düz 7 il bədbəxtlik gətirə bilər.
Güzgü yalnız neqativ halları özündə əks etdirmir. Onda həm də müsbət şeylər var.
Məsələn əgər güzgütə baxıb özünüzə yaxşı şeylər arzulasanız, əksinizlə danışıb ona gözəl ,ağıllı olduğunu desəniz sizə uğur gətirər.

Əgər aşağıdakı məsləhətlərə əməl etsəniz bu sizə və yaxınlarınıza xeyir gətirə bilər.
 
1. Evinizdə olan bütün güzgülər təmiz olmalıdırlar. Onları tez-tez ləkələrdən və tozdan təmizləmək lazımdır. Xüsusilə də evə pis adam girib çıxıbsa gərək güzgü təmizlənsin. Əgər belə bir insan güzgünüzə baxıb ürəyində pislik arzulasa bu həyata keçər. Ona görə də pis adamdan gəlməmişdən qabaq və getdikdən sonra güzgüləri nəm əski ilə silin.

2. Əgər güzgünü bilmədən sındırmısınızsa cəld onu evdən çölə çıxarıb atın. Sınmış güzgü bədlik gətirə bilər.

3. Xəstə olanda çalışın güzgüyə az baxın. Neqativ enerji digər ailə üzvlərinizə də keçə bilər.

4. Güzgü yatağınızı əks etdirməməlidir. Çünki insan yatanda  müdafiəsiz olur. Enerjisi isə axıb gedir. Çalışın güzgünü elə yerə qoyun ki o sizin enerjinizi udmasın.

5. Güzgü evdəki pis şeyləri əks etdirməməlidir. Məsələn, çirkli paltarları, zibil vedrəsini, unitazı və s.

6. Çalışın güzgü qarşısında sevdiyinizlə dalaşmayın.

7. Çalışın evin girişindəki güzgü böyük olsun və ailə üzvlərinizi başdan ayağa əks etdirsin. Başınızı və ya belinizi kəsən güzgülər yaxşı olmurlar.

8. Güzgü qarşısında üzünüzü əyməyin, bütün gün ona baxmayın. Çalışın güzgüyə yaxınlaşanda gülümsəyəsiniz. Güzgüyə baxdıqda özünüzə uğur arzulayın... Bu həyata keçər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3863
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80964
Xəbər sayı: 30
BARBI
guzgu cox sirli esyadir o gozelliyide pisliyide icinde gizledir.
25 yanvar 2014 08:46
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 13482
Xəbər sayı: 297
Miss_Oxatan
Maraqla oxudum,duzdur coxusu inancdir,men inanclara bagli deyilem bir 13reqemine qarwi allergiyam var.ama guzgu haqinda cox oxumuwam bele temalarda.ister istemez insan oxuduqca qeribe bir tesire duwur,belke heqiqetende fovqal-tebii nese var deye duwunursen,cunki iller evvel menim guzgum sindi hemin il men apensitden aperasiya oldum ozde gecikmiwdim olumden dondum deye bilerem.sonrada bir nece ugursuzluqlar geldi.duzdur her wey ALLAHIN elindedir sadece duwunurem ki,bele inanclar ola bilsinki nese olacaga iwaredirmi goresen?men bir weye berk uzulende guzguye baxib agliyiram tek olanda evde,ve sonda da ele guzguye baxaraq ozumu topluyuram goz yawimi silirem,uzumu yuyub her wey yaxwi olacaq deyib gulumseyirem guzgude,neqativ olur pozitiv.ancaq bele sakitlewirem,day sebebin bilmirem niye bele olur.guzguye aglasam da ona bowaliram ve her wey kecir gulumseyirem.maraqli idi Wiyinka tewekkurler sene.
25 yanvar 2014 08:28
8
#flatearth
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Aaa ne super movZudu tesekkur canim
24 yanvar 2014 23:41
7
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
maraqli melumatdi menim uatagimi eks etdiren guzcum offf bu nece ili oz enerjimi guzcute vermisemki
24 yanvar 2014 22:58
6
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Guzgu haqqinda dunen kitabda oxumuwdum,maraqli tarixcesi var,ancaq bu qeder mistik olmasina inanmiram.Ozumun muwahide etdiyim bir wey var ki,guzguye cox baxanda yoruluram,enerjim tukenir.
24 yanvar 2014 21:57
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 5911
Xəbər sayı: 283
tek umidim sen
men butungunu guzgunun qabagindayam))
24 yanvar 2014 21:53
4
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
guzguye baxmaqi sevirem,
24 yanvar 2014 21:43
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 1433
Xəbər sayı: 19
naz_vefa
maraqlidi amma ele weylere inanmiram
24 yanvar 2014 20:57
2
profildə vefa deyl ......
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
menim en etibarli dostum baxdigim guzgudur cunki, men aglarken o hec gulmed
24 yanvar 2014 19:28
1
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri