Xərçəngə qarşı bənövşəyi pomidor

Müəllif: Miss_Oxatan
Şərhlər: 9
Baxılıb: 3 350
Səs ver:
(səs: 1)
 
Britaniyalı alimlər yeni, bənövşəyi rəngli pomidor sortunu ölkədə yaymağ niyyətlidirlər. 
Qadınlar.Biz Rusiya mətbuatına istinadən bildirir ki, bu pomidorlardan xərçəngin və ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunacaq. 

İlk bənövşəyi pomidorlar Kanadada yetişdirilib. Açıqlaması sadədir: orada qeni dəyişdirilmiş ərzaqlara nəzarət Böyük Britaniyaya nisbətən daha azdır. Alimlər deyirlər ki, yeni sortun tərkibində iltihabı azaldan və xərçəng hüceyrələrinin inkişafını ləngidən antosianlar var.

Təbiətdə bu maddə böyürtkən, qaragilə və digər bənövşəyi rəngli giləmeyvələrdə var. İndi ingilis alimlər bu pomidorları və onların şirəsini mağazalarda yuxarıda qeyd olunan xəstəliklərə qarşı dərman kimi satmaq fikrindədirlər. 

Ancaq öncə bənövşəyi pomidorlar Böyük Britaniyada testdən keçməlidir. Avropaya gətirilən bənövşəyi pomidor şirəsinin ilk partiyası 2000 l təşkil edir.
 
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri