ASQIRDIQDAN SONRA ALLAHA SUKUR ETMEYIMIZIN SEBEBI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 116
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1318656868-656.jpg

 

Asqırarkən saniyənin onda biri qədər bir vaxtda gözlərimiz və nəfəs yollarımız qapanaraq saatda 300-350 km sürətlə 85 milyon bakteriyanı bomba kimi havaya tullayırıq.

Tədqiqatçılar asqıramanın necə əmələ gəldiyini öyrənmək üçün çox sürətli foto çəkə bilən texnikadan istifadə etmiş və ancaq saniyənin 1/100.000-də istədikləri şəkilləri əldə etmişlər. Şəkillərdə görünən zərrəciklərin çevrəsindəki maye təbəqə buxarlanıb uçur və zərrələr havada uçuşurlar.Tədqiqatçılar asqırdıqdan yarım saat sonra havada hələ də 4000 zərrəciyin uçduğunu ortaya çıxarmışlar.Bu zərrəciklər sadəcə zərərsiz su dənəcikləri və ya cansız maddələr deyil.


Asqıran adamın qabağında bakteriyaların çoxalmasına yardımçı olacaq qida olan bir təbəqə yerləşdirərək təbəqənin üzərindəki bakteriyalar sayıldığında təkcə bir damlanın 1900 bakteriya koloniyası əmələ gətirdiyini sübut etmişlər.Tək bir asqırıq 85 milyon bakteriyanı ətrafa səpələyə bilər. Mənəvi tərbiyəyə uyğun olaraq,bu mikrobları ətrafa səpələyərək qrip kimi xəstəlikləri yaymamaq üçün sol əllə ağzı tutmaq və sonra əli yumaq əgər bir dəsmal çıxara biləcək qədər vaxtınız varsa, cib dəsmalı ilə ağzınızı qapamaq uyğun olar.Ən yaxşı hərəkət isə üzünüzü yerə doğru çevirib asqırmaqdır.Belə olarsa zərrəciklər havada uçmayacaqlar.

Fizioloqlara görə mütləq edilməsi lazım olan bu hərəkət yəni, asqırma insanın şüurlu bir təsiri olmadan heyrətləndirici bir mexanizm ilə həyata keçirilir.Çünki, asqırma ehtiyacı hiss edəndə asqırmanın qabağını ala bilmirik.Bu,Allahın bizə lütfüdür.Bədənimizə belə bir mexanizma qoyulmamış olsaydı,bizi narahat edən bir çox zərərli maddələrdən və tozlardan qurtulmaq mümkün olmayacaqdı.

Bəli, milyonlarla mikrob və zərərli maddələrdən canımız qurtardığı üçün asqırdıqdan sonra şükür edirik.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri