Ən qəribə toy adətləri – ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 172
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1318945427-656.jpg

Oxucularımıza dünyanın ən qəribə toy adətlərini təqdim edirik. Düzdür, hal-hazırda bəzi ölkələrdə bu adətlər yığışdırılıb. Amma qərb ölkələri də daxil olmaqla, bir çox ölkələrin ucqar bölgərlərində bu adət-ənənələr yaşamaqdadır.


Hollandiya

Holland toylarında gəlinlə bəyin masasının yanında ağac yerləşdirirlər. Toya gələn qonaqlar gəlin və bəy üçün arzularını yazaraq, bu ağaca asırlar.


Polşa

Polşada gəlinlər toyda yalnız pul qarşılığında rəqs edirlər.


İsveç

İsveç toylarında qonaqlar gəlin və bəyi öpürlər. Əgər gəlin rəqs etməyə gedirsə, bütün qadın qonaqlar bəyi öpmək üçün sıraya düzülürlər. Əgər bəy ortalıqda görünməsə, kişilər gəlini öpmək üçün növbəyə dururlar.


Şimali Koreya

Şimali Koreyada qadınların yaşı 25-dən, kişilərin isə 27-dən aşağıdırsa, evlənmələri qadağandır. Evlənmədən əvvəl fərdlərin əsgərlik və dövlətə qarşı digər öhdəliklərini yerinə yetirmiş olması vacibdir.


Tayvan

Tayvanda gəlinin bəkarətini bəyin qohumu, ya da dostu alır. Səbəb - bəyin belə darıxdırıcı işlə vaxt itirməsinin qarşısını almaqdır!


Bolqarıstan

Toyda gəlin içində köhnə pul, çiy yumurta və buğdanın olduğu qabı başının üzərindən geriyə doğru atır və arxasına baxmır. Qab nə qədər kiçik parçalara ayrılsa, o qədər yaxşıdır. İnanca görə, hələ evlənməmiş iki gəlin namizədinin başqa birisinin toyunda qarşılaşması uğursuzluq kimi qəbul edilir, çünki bu halda onların bir-birlərinin xoşbəxtliyini oğurlayacaqlarını düşünürlər.


Fransa

Toy günü gəlin köhnə sevgi və düşüncələrindən tamamilə təmizlənməsi üçün saatlarla duş qəbul etməlidir. Bir maraqlı ənənədə gəlin və bəyin yalnız evlilik günlərində istifadə edilən və nəsildən-nəslə ötürülən evlilik bardağından şərab içməsidir.


Pakistan

Pakistanın bəzi bölgələrində bəy namizədi qızın ailə böyükləri tərəfindən imtahana çəkilir. Bu imtahanda ailə böyükləri bəy namizədinə ağla gələ biləcək bütün təhqir və söyüşləri işlətməlidirlər, bəy namizədi isə bütün bunlara dözə biləcək qədər soyuqqanlı olmalıdır. İmtahandan müvəffəqiyyətlə keçən gənc evlilik icazəsini almış olur.


Kolumbiya

Gəlinin anası cütün yatağının kənarına oturaraq, ilk cinsi əlaqəyə şahidlik edir.


Mavritaniya

Evlənmə çağına gələn qızların ən az 60, ən çox da 100 kilo olması vacibdir. Hətta gəlin yemək yeməkdən imtina etsə, cəzalandırılır.


Finlandiya

Finlandiyalı gəlinlər toyda əl işi olan qızıl tac taxırlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanır. Gəlin gənc qızlar arasından birini seçərək qızıl tacını ona verir, bu da seçilən qızın ondan sonra evlənəcəyinə işarədir.


Bosniya-Hersoqovina

Qızın ailə böyükləri bəy namizəd haqqında bir qərara gəldikdən sonra, oğlan evini qəhvə içməyə dəvət edirlər. Qəhvə şəkərlidirsə, bəy namizədi evlilik üçün uyğun hesab edilib, qəhvə sadədirsə, bəy namizədi rədd edilib deməkdir.


Hindistan

Gəlin və bəy toy yerində yandırılan müqəddəs atəşin ətrafında 4 dəfə fırlanırlar və masalarına doğru qaçmağa başlayırlar. Kim birinci otursa, evdə onun sözünün keçəcəyinə inanılır. Toyda bəy qayınanası tərəfindən qarşılanır, bəyin ayaqları yuyulur, ardından ona süd və bal təqdim edilir.


Çin

Toydan əvvəl bəy evlilik yatağını hazırlayır və üzərinə portağal, fıstıq və müxtəlif meyvələrdən düzür. Ailənin kiçik uşaqları yatağın üzərinə oturdulur və meyvələrlə oynamalarına icazə verilir. Yatağın üzərində nə qədər çox uşaq olsa, bu, yeni bəy və gəlinin o qədər çox uşağının olacağına işarədir.


Türkmənistan

Türkmən gəlinlərinin toylarda geydiyi paltarların ağırlığı az qala gəlinin öz ağırlığı qədər olur. "Kürdə" olaraq adlandırılan və əllə hazırlanmış gəlin paltarının örtüsü və digər paltarlarla birgə ağırlığı 40 kq-ı aşır.


Şotlandiya

Şotlandiyada qədim inanca görə, gəlin toydan bir gün əvvəl küçəyə çıxarılmalı və onun üstünə yumurta, sous kimi maddələrin qarışığı bulaşdırılmalıdır. Və o bu görkəmdə şəhər boyu gəzdirilməlidir. Gecə isə o, ailə böyüklərinin ayaqlarını yumalıdır. Bu ənənə cütün xoşbəxtlik yolunda getmələrinin simvoludur.


Almaniya

Alman gəlinləri toyda duvaq əvəzinə, çiçəklərlə bəzədilmiş tac taxırlar. Toy mərasiminin sonunda cütlük bir kötüyü mişarla kəsir, bu da qarşılaşdıqları çətinliklərə birlikdə sinə gərəcəkləri mənasını verir. Qonaqlar cütün üstünə düyü səpirlər, bu da bərəkət mənasını verir. Gəlinin saçında nə qədər düyü dənəsi qalsa, bu o deməkdir ki, onların düyü dənələrinin sayı qədər uşaqları olacaq.


Çex Respublikası

Bəyin yaxın dostları toy günü gəlini oğurlayır. Bəy gəlini tapmalıdır. Bu adət bəyin gəlini həmişə qoruyacağına işarədir.
Gəlinlə bəy toy salonuna girərkən ayaqlarının önündə qab qırılır və ardından cütlük xoşbəxtliklərinin əbədiliyi üçün bu qırıqları süpürməlidir. Onların xoşbəxt olacağını göstərmək üçün, toy yeməyini də onlar eyni qaşıqla yeməlidirlər.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 5 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri