Ömürünü İslama vəqf edən Şəhid İmam Həsən Əl Bennadan hər yaşda Müsəlmanın qulağına sırğa olacaq 20 qızıl tövsiyə…
1-Şərtlər nə olursa olsun əzanı eşitdiyiniz zaman namaza qalxın.
2-Quran'i Kərimi oxuyun, araşdırın və ya dinləyin.
3-Dilinizi düzgün danışmağa çalışın. Çünki bu Müsəlman olmanın əlamətidir.
4-Heç bir mövzuda həddindən artıq mübahisə etməyin. Çünki mübahisə heç bir zaman fayda verməz.
5-Çox gülməyin. Çünki Allaha bağlı olan könül sakit və təmkinli olar.
6-Çox şıltaqlıq etməyin. Çünki mücahid bir millət ciddilikdən başqa bir şey tanımaz.
7-Dinləyicinin eşidəcəyindən çox səsinizi yüksəltməyin. Çünki bu eqoizm və əziyyət verməkdir.
8-İnsanlar haqqında danışmaqdan və rəftarları kiçik hesab etməkdən çəkinin. Xeyrdən başqa bir şey danışmayın.
9-Qarşılaşdığınız insanlarla sizdən istəməsə belə tanış olmağa çalışın.
10-Görəvlər
vaxtlardan çoxdur. Vaxtdan faydalanmaq üçün başqasına köməyinizi
əsirgəməyin. Edəcək bir vəzifəniz varsa onu ən qısa yoldan ən gözəl
şəkildə bitirməyə çalışın.
11-Hər
barədə təmizliyə əhəmiyyət verin. Evinizdə, paltarlarınızda,
bədəninizdə, iş yerinizdə. Çünki dinimiz təmizlik üzərinə qurulmuşdur.
12-Əhdinizə, sözünüzə və vədlərinizə vəfa göstərin. Şərtlər nə olursa olsun bunlara müxalif çıxmayın.
13-Oxuma
və yazmanızı sağlamlaşdırın. Kiçik də olsa özünüzə aid bir kitabxananız
olsun. İxtisas sahibisinizsə sahənizdə dərinləşin.
14-Hökümət
vəzifələrinə düşkün olmayın və onları ruzinin ən dar qapısı olaraq
bilin. Amma sizə verildiyi zaman da rədd etməyin. İddianın öhdəçilikləri
ilə tamamilə zidd düşmədiyi müddətcə bu vəzifələrdən ayrılmayın.
15-
Malınızın bir qisimi ilə iddiaya qatılın üzərinizə fərz olan zəkatı
camaata verin. Gəliriniz nə qədər az olursa olsun ondan kasıb və
yoxsullara bir haqq ayırın.
16- Az da olsa malınızın bir qisimini gözlənilməz hadisələr üçün ayırın və qətiyyən lüks əşyaya qapılmayın.
17-
Dayanmadan tövbə və istiğfar edin. Yatmadan əvvəl bir neçə dəqiqənizi
nəfsinizi mühasibliyə ayırın. Şübhəli şeylərdən qaçının ki harama
düşməyəsiniz.
18- Əyləncə yerlərinə yaxınlaşmamaq üçün çalışmalı
və onlara qarşı mübarizə aparmalısınız. Bütün rahatlıq və rəhavət
görünüşlərindən uzaqlaşın.
19- Hər yerdə iddianızı yaymağa
çalışın. Nəfsinizlə şiddətli bir şəkildə mübarizə edin ki onu ələ
alasınız; gözünüzü haramdan ayırın, duyğularınıza hakim olun.
20- Davamlı olaraq camaatla ruhən və əmələn əlaqəli olun və özünüzü daim hərbidə əmr gözləyən bir əsgər kimi qəbul edin.
BUYURUN...
Ümid edirəm ki, əməl etməyə çalışacaqsınız...