Həkimlərin şoka salan biabırçılığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 880
Səs ver:
(səs: 2)



Xorvatiyanın tarixi şəhərlərindən biri, turizm mərkəzlərindən sayılan Dubrovnikdə əcaib olay baş verib.

  Şəhər xəstəxanasında iki qadın xəstənin adları səhv salınıb və nəticədə cərrahlar adı səhv düşən qadının sağlam böyrəyini kəsib çıxarıblar.
"Veçernji List"ə istinadən bildirir ki, Dubrovnik şəhərindəki "General Hospital" xəstəxanasında böyrək xərçəngi diaqnozu qoyulmuş xəstə qadının sənədləri qabırğalarında cərrahiyyə əməliyyatını gözləyən başqa pasiyent xanımın sənədləri ilə səhv salınıb.

Nəticədə qabırğasından əməliyyat gözləyən 56 yaşlı qadının sağlam böyrəyi kəsilərək çıxarılıb.
Həkimlər sonradan necə bir səhvə yol verdiklərini anlayaraq qadından üzr istəyiblər. Xəstəxana rəhbərliyi baş vermiş yanlışlığa görə qadına təzminat ödəməyə razılaşıb.

Xorvatiyanın səhiyyə naziri Darko Milinoviçin dediyinə görə, xəstəxanada yaşanan hadisə biabırçılıqdır.

"Xorvatiya səhiyyəsinin tarixində belə biabırçılıq olmamışdı. Araşdırmalara başlamışıq. Xorvatiya Həkimlər Assosiasiyasının bu biabırçılıqla bağlı qərarını gözləyirik. Böyrəyi kəsilib çıxarılmış qadından və onun ailəsindən üzr istəyirəm", - Milinoviç "24 sata" telekanalına verdiyi açıqlamasında deyib.


(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri