"Onu sevməyə məhkumam" kitabından parçalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 15 378
Səs ver:
(səs: 4)
Sevgi müqəddəsdir. Heç kəsin bu saf və məsum hisslərə qarışmağa ixtiyarı yoxdur, amma əgər sevgi mövcuddursa, şər də mövcuddur, həqiqətə qarşı çıxacaq yalan hər zaman vardır. Heç kəs sevgini təhqir etməyib, insanlar sadəcə bu sözü həddindən artıq çirkinləşdiriblər. Sevgi- yalnız o zaman öz adını daşımağa layiq ola bilər ki, iki insan onun uğrunda sona qədər mübarizə aparsın. Son nəfəsinə qədər ondan imtina etməsin. Taledir, alınmadı, bacara bilmədik anlayışları isə yoxdur. Əgər siz bu sözləri dilinizə gətirirsinizsə, deməli heç bir zaman sevməmişsiniz. Ona görə də sizin məğlubiyyətiniz yalnız öz günahınızdır, taleyi suçlamağa isə heç bir gərək yoxdur.

 


Sevgi - bəxş etməkdir, sevgi - düşünmədən sevdiyinə doğru addımlamaqdır,sevgi-qürurunu tapdalamaqdır, sevgi- onunla nəfəs alıb onsuz həyata yox deməkdir, sevgi - səni sənin qədər sevmədiyini bilərəkdən onu özündən belə çox sevməkdir,sevgi - onun sənə arxa çevirdiyində çiyinlərindən qucaqlamaqdır...

Sevgiyə inanan, sevdiyi insana görə hər şeyini qurban verməyə hazır olan saf qızdan daha heç nə qalmamışdı, çünki o artıq anlayırdı ki... "Sevgi yoxdur, sevgi illuziyadır, sevgi ehtirasdır, sevgi tənhalığın ağır yükündən qurtulmaq üçün bir çıxış yoludur."

 


Seks, pul, maşın hər şey tükənir,
Önəmsiz duyğular baş alıb gedir.
Bir gecə sevişib, səhər ayrılır,
Dünən dost olanı bu gün tanımır...
Etibar etdiyi ya da sevdiyi,
Bir dostu, qadını... Həmdəmi yoxdur,
Bu anlamsız süjetin bir mənası var:
"Həyata satılan fahişə çoxdur."
©Ziya Səfərbəyov
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 15 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri