Qəddafini öldürən əsgərin şeiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 637
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320147668-656.jpg

Ramazan Cəbrayılın peşmançılığı

Ulu Tanrı, vulkan püskürt üzümə
Yanım, kül olum, yox olum
Bir ağac kimi unudulum...


Rəhm itmişdi əllərimdən
Tətiyi çəkən barmaqlarımdan
Ürəyim ölmüşdü çoxdan
Avtomat ürəyə ziyandı axı
Cibimiz dolu güllə, çantamız dolu konserv
Həə, ürək bomboş idi

İndi nə edim o telefonu
Kimə zəng vurum?
Kim telefon açar bir qatilə?
Əzrayıl belə zəng etməz mənə

Uşaq ikən görmüşdüm onu
Məktəbimizə gəlmişdi
“Liviya, Liviya” şeirini oxumuşdum
Məni qucağına almışdı
Öpüb qoxlamışdı
“Oğlum” demişdi mənə
İllər sonra tanımamışdı
İnanmamışdı oğlunun qatilliyinə
Necə inanaydı o məsum uşağın
Liviya tarixini gülləyəcəyinə


Mükafatım telefon oldu
Nəsibim rəzillik
Rəzillərin ən böyük dərdi:
Nəyə yarar telefon rəzillikdə

Kaş elə o gün
O şeiri dediyim anda
Öldürərdin məni
Bir əksinqilabçı kimi
Bir qatil kimi
Xain şahzadə kimi
Əllərimi kəsərdin oğru kimi
Sənə tətik çəkən əllərimi

Dərdimi necə ovudum?
Araq da qadağandı artıq burda
Bütün ağrı kəsən şeylər kimi


Ata, bəlkə qayıdasan?
Atasan bütün yankiləri Aralıq dənizinə
İnqilabın qırmızı söyüşlərini deyəsən
İmperalistlərin üzünə

Ərəb dilinin Məğrib ləhcəsindən Qan Turalı çevirdi.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri