İtirə-itirə gəlirik..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 610
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320401253-656.jpg

„İtirə-itirə gəlirik, biri qeyrətini-namusunu itirir, biri ağlını, biri də bəxtini.. „
Yəqin ki, hər birinizə bu cümlələr tanış gəldi.. Başqalarını deyə bilmərəm, amma bu mənim Bəxt Üzüyü filmindən ən sevdiyim sitatdır.. Bu gün də məhz elə itirdiklərimizdən söhbət açaq..
İtiririk.. Bəzən əvəzində nəyisə qazanmaq üçün... Bəzən də təbiətin qanunlarına tabe olmaqdan başqa əlacımız olmur.. Bizdən nəyisə, daha acınacaqlı forması da, kimisə qoparırlar.. İtiririk.. İtirdikdən sonra bəzən əvəz etməyə çalışarıq həmən şeyləri.. Biz axı Sevgini Nifrətlə, Sevinci də Kədərlə əvəz edənlərdənik.. Nəyisə və yaxud kimisə itirdikdən sonra, ürəyimizin ən dərinliklərində peşmançılıq duyğumuzun yenidən oyanmağa başladığını hiss edərik.. Sonrakı peşmançılığın bir faydası olmadığını bilsək də, öyrənə bilmədik də, her şeyin qədrini vaxtında bilməyi.. Atalarımız yaxşı deyib, „2 şeyin qədrini itirdikdən sonra bilirik: Biri Cavanlığın, biri də Sağlamlığın.."

Ana-Ata, Bacı-Qardaş, Dost-Sevgili.. Fərq etməz, itirməsən qiymətini anlaya bilmirsən.. Bu gün özü var, qiyməti yoxdu.. Sabah özü yoxdu, qiyməti çoxdu.. Sıfırdan başlayıb, mənfiyə doğru irəlləyirik.. „İtirə-itirə gəlirik..".. İtirdiklərimizin sayını-hesabını da yəqin ki, artıq itirmişik ..

Ən uğurlu günümüzdə belə unutmayaq ki, itirdiyimiz kimsə olmasa da, mütləq itirdiyimiz bir şey vardır..o da uzun, ya da qısa ömrümüzdə qədrini bilmədiyimiz 1 gün daha.. Biz hər gün Ömrümüzdən bir gün itirməklə ya cəzalandırılırıq, ya da mükafatlandırılırıq bax, bunu hələ də bilmirəm..
„Kimlər itirmir axı ey? Kim itirmir ki bu dünyada? İtirə-itirə gəlirik.. Son günümüzdü ölüm.. Bu qədər çirkaba dözmək olmur axııııı.." (Sitat Bəxt Üzüyü)

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri