Şəxsiyyət vəsiqəsi almaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 641
Səs ver:
(səs: 2)
Xaricdə şəxsiyyət vəsiqəsi almaq üçün müayinədən keçərkən:
-Buyurun. Yaşınız 16 tamamdırmı?
-Bəli.
-Zəhmət olmasa, cihazın yanına gəlin boyunuzu ölçək. 1.82 sm. Zəhmət olmasa bura gəlin tərəzi ilə çəkinizi ölçək. Aha, deməli 67 kq.
Qan qrupunuz yoxlamadan sonra aydın olacaq. 3 günə gəlib götürəbilərsiz. Xidmət pulsuzdur.

Azərbaycanda şəxsiyyət vəsiqəsi almaq üçün müayinədən keçərkən:
-Gəl görüm a bala, nə istəyirsən ?
-Pasposta görə gəlmişdim.
-Hə gəl keç. Az Qızqayıt, çay gör noldu ? Hə ay bala, MaşAllah yekə kişi olufsan. Gəl görüm. Bir əyağa dur görüm. Pah pah... Ə boylu buxunlu oğlansan e. Yaz 1.80.
Uzanajaxsan daha. Ancaq arıxsane, mən 75 kiloyam sən də 50-60 olarsan. Az çay noldu, ciyərim yandı e. Hə a bala, otur bu anketi doldur, 3-5 manatdan zaddan ver yeri get. Ürəyin havax istəyir gəl götür bir aydan sonra...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri