Yeraltı təkanlar intimual ehtirası artırır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 054
Səs ver:
(səs: 1)
Zəlzələ haqqında bilmədiyiniz 10 şey


Türkiyənin Van şəhərində baş verən zəlzələdən sonra, zəlzələ haqqında nəyi bilib, nəyi bilmədiyimizə bir nəzər salaq.


Zəlzələ yalnız Yer kürəsində olmur

Yer üzündə olduğu kimi, Ayda da müəyyən vaxtlarda zəlzələlər baş verir. 1970-ci ildə “Apollo” missiyasının astronavtları tərəfindən Ayın dörd fərqli bölgəsinə yerləşdirilən seysmograflar yalnız üç il ərzində 12 mindən çox zəlzələnin baş verdiyini təsbit edib. Ayda ən uzunumüddətli zəlzələ on dəqiqə davam edir və bu zəlzələlər 5.5 baldan artıq olmur.

Elm adamlarının irəli sürdüyü iddiaya görə, Mars və Venera da zəlzələlərdən sonra yaranmış planetlərdəndir.


Zəlzələdən sonra günlər qısalır

Yerdə baş verən zəlzələlər zamanı Yer kürəsini daha sürətlə fırlanır və öz oxu ətrafında yerin fırlanma müddəti qısalır. Məsələn, 2010-cu ilin mart ayında Çilidə baş verən 8.8 ballıq zəlzələ bir günü 1.26 mikro saniyə qısaltmışdı. Sunamiyə səbəb olan 9.1 ballıq Sumatra zəlzələsində isə bu müddət 6.8 mikro saniyəyə qədər çoxalmışdı.

Bəs insanların bu fərqi hiss etməsi mümkündürmü?

Təbii ki, xeyr. Çünki bu müddət bir saniyənin milyonda biri qədər qısadır.


Addım-addım Yunanıstana doğru

alt


Türkiyənin də yerləşdiyi Yerin quru hissəsi zəlzələlər və yer qabığında baş verən hərəkətlər nəticəsində hər il Yunanıstana doğru hərəkət edir. Afrika, Avrasiya və Ərəbistan tavaları tərəfindən sıxışdırılan Anadolu, ondan daha möhkəm olan Egey tavasının altına girir, Türkiyə qonşusu Yunanıstana hər il 2.5 santimetr yaxınlaşır. Bu hərəkətlər səbəbindən təxminən beş milyon il sonra Egey dənizinin yox olacağı ehtimal edilir.


Zəlzələ şoku illərlə davam edə bilər

Əsas silkələnmədən sonra Yer qabığında pozulan tarazlığın yenidən bərpa olunması üçün meydana gələn şoklar, eyni zamanda kiçik yer dəyişmələr və sürtünmələrlə yer altındakı presslənməni rahatlaşdıran bir fəaliyyətdir. Artan şoklarla Yer kürəsinin normal halına dönməyə çalışdığını bildirən mütəxəssislər, 7 bal gücündəki zəlzələnin yaratdığı artan şokların ən az bir il davam edə biləcəyini bildirir. Yəni zəlzələnin gücü artdıqca, meydana gələn şokların reallaşma intensivliyi də artır.


Sakit Okean qazan kimidir

Elm adamları tərəfindən görülən işlər Yer kürəsində reallaşan sarsıntıların ümumiyyətlə iki qurşaq üzərində meydana gəldiyini ortaya çıxarıb. Bu qurşaqlardan ən önəmlisi Sakit Okean, digəri isə Aralıq dənizi ilə Himalay dağları arasındakı hissədir. Dünyadakı bütün zəlzələlərin 68%-i Sakit okean qurşağında baş verir. Zəlzələlərin 32 %-i isə digər qurşaqlarda meydana gəlir. Ən çox zəlzələnin baş verdiyi ölkələrin arasında təbii ki, Yaponiya birinci yerdə gəlir.


Hər 30 saniyədə bir zəlzələ baş verir

Dünya, daima qaynayan bir qazan kimidir. Yəni siz yazının bu hissəsini oxuyarkən, Yerin hansısa nöqtəsində, bəlkə də heç kimin hiss etmədiyi zəlzələ baş verir. Mütəxəssislərin hazırladıqları hesabatlara görə, bir ildə bir milyondan çox zəlzələ baş verir, bunların yalnız 400 mininin ölçüsü 2 bal və daha güclü olduğu üçün nəzərə çarpır. Orta və yüksək ölçülü zəlzələlər isə ümumiyyətlə okeanın dərinliklərində reallaşdığı üçün insanlara təsir etmir.


Naqqa balığı zəlzələnin səbəbidirmi?

Yapon mifologiyasına görə, naqqa balığı zəlzələyə səbəb olur. “Namazu” adı verilən əfsanə qəhrəmanı olan naqqa balığı, gizləndiyi sualtı mağarada tərpəndikcə yer kürəsində zəlzələlər baş verir. Yeni Zellandiya yerliləri Yer ananın hamilə olduğuna və körpənin hər təpik atışında zəlzələlərin baş verdiyinə inanır. Hindistanın bəzi bölgələrində yaşayan yerli qəbilələr arasında planetimizin səkkiz filin üstündə dayandığı və yorulan hər filin yer dəyişdirərək zəlzələyə səbəb olduğu mifi geniş yayılıb.


Zəlzələnin xüsusi havası varmı?

Xalq arasında günəşin batmasına az qalmış səmanın tünd bir rəngə büründüyü vaxt, zəlzələnin baş verə biləcəyi vaxtıdır. Elm adamları bu fikri rədd edir. Yer titrəmələrinin hava dəyişikliyi ilə əlaqəsinin olmaması elmi araşdırmalar nəticəsində məlum olmuşdur. Bir də, zəlzələnin özünəməxsus havası olsaydı, bunu metroloqlar mütləq bilərdi


Doğuş nisbəti də artırır

"Zəlzələnin doğuşla nə əlaqəsi var?" deyə bilərsiniz. Ancaq aparılan araşdırmalar baş verən böyük zəlzələlərdən doqquz ay sonra doğum nisbətinin gözə çarpan şəkildə artdığını ortaya çıxarıb. Qadınların bu dövrdə ifraz etdikləri hormonlar hamilə qalma ehtimalının daha da artırır. Zəlzələnin yaratdığı stress və psixoloji faktorlara görə insanlar intesiv halda cinsi əlaqəyə girməsi təxmin edilir. Yəni zəlzələ bir tərəfdən də cinsəlliyi intensivləşdirir.


İnsanlar zəlzələyə səbəb ola bilər

Yer titrəmələrinin qarşını almaq imkanına malik deyilik, ancaq insanın bəzi fəaliyyətləri yer altında istənilməyən titrəmələrə səbəb olur. Məsələn, İngiltərə də baş verən titrəyişlərin 25%-i süni səbəblərdən baş verib. Geofiziki araşdırmalar aparılmadan həyata keçirilən mədən qazıntıları, yatağı dəyişdirilən çaylar və yer altından çıxarılan təbii qazlar da bunun əsas səbəbləridir.


“Radikal” qəzeti
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri