Gülüş yaddaşı gücləndirirmi?

Müəllif: Zeynuş
Şərhlər: 3
Baxılıb: 3 584
Səs ver:
(səs: 0)
Gülən şəxslərdə stres hormonları əhəmiyyətli dərəcədə azalır. Yaşlı insanlar komediya filmlərinə baxandan sonra informasiyanı daha yaxşı yadda saxlayırlar. Alimlər belə qənaətə gəliblər. Bundan əlavə gülüş stres hormonu olan kortizol istehsalını da azaldır. Məhz bu hormon yaddaşa mənfi təsir edir.

Kaliforniya universitetinin alimləri bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə keçiriblər. Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində gülməli filmə və ya proqrama baxmaq xahiş edilib. İkinci qrupda olan 20 nəfər isə heç bir şeyə baxmadan gözləyiblər.

Daha sonra hər iki qrup yaddaş testindən keçib, analizlər veriblər. Komediyaya baxan iştirakçıların nəticələri daha yaxşı olub. Belə ki, gülən şəxslərdə stres hormonları əhəmiyyətli dərəcədə az olub.

Gülüş orqanizmdə endorfin hormonunu artırır. Nəticədə beynə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi artır. Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edir və yaddaşı qoruyur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri