Eynəklərdən qurtulacaqsınız

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 886
Paylaş:
Səs ver:
(səs: 1)
ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar.

Texnologiyanın mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda göz üçün dəqiq təsvir yaradılır.

Alqoritmlər əvvəlcədən gözün ekranda təsviri necə korlamasını müəyyənləşdirə bilir və onu insan gözünün itiliyinə uyğun korrektə edir. Yeni texnologiya Massaçusets Texnoloji İnstitutu (MIT) və Microsoft korporasiyasının tədqiqatçıları ilə birgə ərsəyə gətirilib. Alimlərin yeni texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.

Texnologiya eynək və kontakt linzalar vasitəsilə aradan qaldırılması mümkün olmayan fiziki qüsurla əlaqədar ağır xəstəliklərə tutulmuş insanlara kömək edəcək. Məsələn, bu xəstəliklər sırasına gözün işıq şüalarının qeyri-bərabər sınması ilə bağlı sferik aberrasiyasını aid etmək olar.

Alimlər Canon rəqəmli kamerası ilə yeni displeyi uğurla sınaqdan keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki, gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir. Buna isə bir neçə il lazım olacaq. Odur ki, texnologiyanın kommersiya tətbiqinə hələ çox var.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 886
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv